MƏDƏNİYYƏT
Bəstəkarlar İttifaqında yeni kitabın təqdimatı olacaq
Bakı, 1 iyul, AZƏRTAC
İyulun 4-də Azərbaycan Bəstəkarlar İttifaqında Əməkdar İncəsənət Xadimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) prorektoru Gülnaz Abdullazadəyə həsr edilmiş kitabın təqdimatı olacaq.
BMA-dan AZƏRTAC-a bildirilib ki, “На вершине науки - Гюльназ Абдуллазаде” (Elmin zirvəsində - Gülnaz Abdullazadə) adlı kitabın müəllifi Nuridə İsmayılzadədir.
Tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin qatılacağı tədbir Bakı Musiqi Akademiyası və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşacaq.