“Binance” kriptobirjası Rusiyadan çıxdığını elan edib
Bakı, 27 sentyabr, AZƏRTAC
“Binance” kriptovalyuta birjası sanksiyalar səbəbindən yaranan vəziyyətlə bağlı Rusiyadan çıxdığını elan edib. Birja bir neçə ay ərzində Rusiyadakı bütün biznes-istiqamətlərini bağlayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə birjanın normativ tələblər üzrə direktoru Noy Perlman deyib.
Onun məlumatına görə, “Binance” Rusiyadakı biznesinin “CommEX” kompaniyasına satılması barədə saziş imzalayıb. “Mövcud istifadəçilərin digər platformaya tam keçidinin təmin edilməsi bir ilə qədər vaxt aparacaq”, - deyə Noy Perlman bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [12:45]
Cənubi Afrikada silahlı hücum nəticəsində səkkiz nəfər öldürülüb
- 16.11.2026 [12:12]
COP31 çərçivəsində “Feniks quşu” pavilyonu təşkil olunub
- 16.11.2026 [12:10]
Uels şahzadəsi Uilyam və Keyt Middlton Hindistana səfər ediblər
- 16.11.2026 [12:10]
İordaniyada “Telegram” tətbiqinin fəaliyyəti bloklanıb
- 16.11.2026 [11:58]
Abbas Əraqçi: İran diplomatiyaya üstünlük verir
- 16.11.2026 [11:49]