İQTİSADİYYAT
Binədə qəsəbədaxili marşrut xəttinin fəaliyyəti bərpa olunur
Bakı, 9 sentyabr, AZƏRTAC
Binə qəsəbəsində vətəndaşlara göstərilən sərnişindaşıma xidmətlərinin daha da təkmilləşdirilməsi məqsədilə 190 nömrəli qəsəbədaxili müntəzəm marşrut xəttinin fəaliyyəti bərpa edilir.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, Binə qəsəbəsinin mərkəzi ilə Sovxoz yaşayış sahəsini əlaqələndirən marşrut xətti üzrə avtobuslar sentyabrın 10-dan sərnişinlərin xidmətində olacaq. Marşrut xətti üzrə gediş haqqı 0,30 AZN təşkil edəcək. Gediş haqqının ödənişi nağdsız formada “BakıKart” vasitəsilə həyata keçiriləcək.
Sərnişinlərin “BakıKart”ın balansını asanlıqla artıra bilməsi üçün Əli İsazadə küçəsində OBA marketlər şəbəkəsinə məxsus 11 mağazada, post-terminallar qoyulub. Bundan əlavə Binə südçülük sovxozu, Mehriban qonşular küçəsi adlanan ərazi üzrə ünvanlardakı OBA marketlərdə də post-terminallar sərnişinlərin xidmətində olacaq.