MƏDƏNİYYƏT
Bir qrup jurnalist mükafatlandırılmışdır
Bakı, 21 iyul (AZƏRTAC). İyulun 21-də Beynəlxalq Mətbuat Mərkəzində Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, “Mərhəmət elçisi” jurnalının təşkilatçılığı ilə keçirilmiş tədbirdə milli mətbuatımızın əsasını qoymuş Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov, Üzeyir Hacıbəyli, Qulam Məmmədli, Nəsir İmanquliyev və başqa mətbuat fədailərinin fəaliyyətindən geniş söhbət açılmışdır.
Jurnalın baş redaktoru Şakir Əhmədli, Azərbaycan Yazıçılar Birliyi Qarabağ bölməsinin sədri, şair-publisist Ənvər Əhməd, Bakı Dövlət Universitetinin dosenti Fikrət Əlizadə və başqaları Azərbaycan Prezidenti İlham Əliyevin jurnalistlərə diqqət və qayğısını yüksək qiymətləndirmişlər.
Tədbirdə bir qrup jurnalistə “Mərhəmət elçisi” jurnalının mükafatları təqdim edilmişdir.
Xalq Artisti Canəli Əkbərov “Jurnalistlərin dostu” diplomu ilə, AZƏRTAC-ın müxbiri Zərəngiz Mansurova, “Xalq qəzeti”nin fotomüxbiri Rafiq Salmanov, hərbçi şair-publisist Aidə Şirinova və başqaları “Nəsir İmanquliyev adına diplom”la təltif olunmuşlar.