Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bir sıra məhkəmələrin sədrlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Əsgərov Qürbət Ağa oğlu Şirvan Apellyasiya Məhkəməsinin sədri təyin edilsin.

2. Aşağıdakı şəxslər ağır cinayətlər məhkəmələrinin sədrləri təyin edilsinlər:

 

Cəfərov Mahmud Məhəmməd oğlu -Naxçıvan Muxtar

Respublikası Ağır Cinayətlər Məhkəməsinin sədri

Süleymanov Elxan Xasay oğlu -Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri

 

3. Aşağıdakı şəxslər inzibati-iqtisadi məhkəmələrin sədrləri təyin edilsinlər:

 

Rzayev Rəşid Şükür oğlu -2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri

Qasımov Elçin Lütvəli oğlu -Şirvan İnzibati-İqtisadi Məhkəməsinin sədri

 

4. Aşağıdakı şəxslər hərbi məhkəmələrin sədrləri təyin edilsinlər:

 

Həsənov Həbib Bəhram oğlu -Bakı Hərbi Məhkəməsinin sədri

Quliyev Xıdır İnqilab oğlu -Gəncə Hərbi Məhkəməsinin sədri

Bəşirov Kamil Sücəddin oğlu -Füzuli Hərbi Məhkəməsinin sədri

5. Aşağıdakı şəxslər rayon (şəhər) məhkəmələrinin sədrləri təyin edilsinlər:

 

Hacıyev Sədrəddin Abuzər oğlu -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin sədri

Tağıyev Nazim Hüsü oğlu -Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədri

Qaralov İlqar Zahid oğlu - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin sədri

Kazımov Araz Nurəddin oğlu -Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin sədri

Paşayev Tofiq Temir oğlu -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin sədri

Qafarov Ağamalı Məmməd oğlu -Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin sədri

Əkbərov Məhəmməd Hüseyn oğlu -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin sədri

Abbasov İlqar Eyvaz oğlu -Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin sədri

Hüseynov Araz Firidun oğlu -Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sədri

Mahmudov İlham Ağa oğlu -Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sədri

Cəfərov Ələddin Adil oğlu -Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin sədri

Səmədov Əşir Rəşid oğlu -Abşeron Rayon Məhkəməsinin sədri

Səmədov Ağarza Hacırza oğlu -Bərdə Rayon Məhkəməsinin sədri

Tağıyev Əli Yunis oğlu -Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin sədri

Əfəndiyev Fərhad Məmməd oğlu -Göyçay Rayon Məhkəməsinin sədri

Həsənova Elmira Xandəmir qızı -Göygöl Rayon Məhkəməsinin sədri

Paşayev Əlövsət Bəhrəm oğlu -Xaçmaz Rayon Məhkəməsinin sədri

Hacıyev Qurban Həmid oğlu -İmişli Rayon Məhkəməsinin sədri

Ləzimov Sulduz Paşa oğlu -Kürdəmir Rayon Məhkəməsinin sədri

Nuriyev İlham Qubad oğlu -Qazax Rayon Məhkəməsinin sədri

Pənahov Füzuli Novruzəli oğlu -Quba Rayon Məhkəməsinin sədri

Kazımov Rasim Sarı oğlu -Mingəçevir Şəhər Məhkəməsinin sədri

İbrahimov Elməddin Elyas oğlu -Neftçala Rayon Məhkəməsinin sədri

Qarayev Malik İbrahim oğlu -Sabirabad Rayon Məhkəməsinin sədri

Tağıyev Xəqani Qəhrəman oğlu -Salyan Rayon Məhkəməsinin sədri

Nuriyev Mehman Bağış oğlu -Şəki Rayon Məhkəməsinin sədri

Baxşıyev Qafil Yavər oğlu -Şəmkir Rayon Məhkəməsinin sədri

Qurbanov Elçin Firudin oğlu -Şirvan Şəhər Məhkəməsinin sədri

Məmmədov Könül Cəlal oğlu -Tovuz Rayon Məhkəməsinin sədri

Abbasov Qələmdar Ələmdar oğlu - Yevlax Rayon Məhkəməsinin sədri

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 oktyabr 2012-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin