REGİONLAR
Bir sıra rayonlarda meyvə ağacları Amerika ağ kəpənəyinə yoluxub
Bakı, 17 iyun, AZƏRTAC
Xaçmaz, Quba, Qusar, Lənkəran və Astara rayonlarında aparılan müşahidələr zamanı fərdi təsərrüfat sahələrində və parklarda əkilmiş ağacların, eyni zamanda, meyvə bağlarındakı gavalı və tut ağaclarının Amerika ağ kəpənəyinə yoluxduğu aşkar olunub.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən AZƏRTAC-a bildiriblər ki, Amerika ağ kəpənəyinin birinci nəslinə qarşı 4858 hektar sahədə müşahidə işləri həyata keçirilib və 436 hektar sahədə sirayətlənmə qeydə alınıb.
İyunun birinci yarısından etibarən, ümumilikdə, 148 hektar sahədə mexaniki, 210 hektar sahədə isə dövlət büdcəsi vəsaiti hesabına kimyəvi mübarizə tədbirləri aparılıb. Mübarizə tədbirlərinin “SKOUT-28S-300” markalı çiləyicilər vasitəsilə aparılması mübarizənin operativliyini və səmərəliliyini bir neçə dəfə artırıb.
Hazırda Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]