Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Birgə mətbuat konfransı

Birgə mətbuat konfransı

İzmir, 25 oktyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, oktyabrın 25-də sənədlərin imzalanması mərasimi başa çatandan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı olmuşdur.

Baş nazir Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev mətbuata bəyanatlarla çıxış etmişlər.

 

 

 

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın bəyanatı

-Hörmətli Prezident İlham Əliyev!

Dəyərli mətbuat nümayəndələri!

Xanımlar və cənablar!

Sizləri ən dərin hisslərimlə salamlayıram.

Çıxışımın əvvəlində Van vilayətində baş vermiş zəlzələ ilə bağlı 145 nəfərlik xilasetmə dəstəsi ilə burada yardım edən həm heyətin bütün üzvlərinə, bununla bağlı göstəriş verən dəyərli qardaşım İlham Əliyevə öz adımdan və millətim adından ürəkdən təşəkkür edirəm. Hamımızın kədərinə səbəb olduğu, dərdlərimizin artdığı belə bir həssas vaxtda Azərbaycan tərəfinin uzatdığı dostluq əli, göstərilən qardaşlıq yardımı əziz millətimiz tərəfindən hər zaman minnətdarlıqla xatırlanacaqdır. Xüsusilə son bir həftədə millətimizi dərindən ağrıdan hadisələr yaşadıq. Bilirik ki, Azərbaycan xalqı türk xalqının yaşadığı bu kədəri paylaşır, bizlər kimi, onlar da bu dərdləri ürəklərində hiss edirlər.

Dəyərli dostlar, bu gün hörmətli Prezident, qardaşım İlham Əliyev ilə görüşümüzdə Türkiyə-Azərbaycan əlaqələrini, regional məsələləri müzakirə etdik. Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olması bizdə dərin iftixar hissi doğurmuşdur. Biz bunları da aramızda müzakirə etdik.

Bu gün Əliağa qəsəbəsində həqiqətən mühüm tədbirlərin birlikdə şahidi olduq. Həm açılış mərasimi, həm də Türkiyənin 2015-ci ilə qədər ən yüksək texnologiyalar əsasında qurulacaq bu mühüm kompleksinin inşaatında 10 min nəfər işlə təmin olunacaqdır. Ondan sonra isə burada 1000 nəfər daimi işlə təmin olunacaqdır. Beş milyard dollarlıq layihədir. İnanıram ki, belə bir investisiyanın İzmirə, Türkiyəyə qoyulması həm Türkiyə, həm də Azərbaycan iqtisadiyyatına - hər iki tərəfə çox böyük fayda verəcəkdir.

Sonra nazirliklərimizin gördükləri işlərlə bağlı hökumət üzvlərinin iştirakı ilə toplantı keçirdik.

Prezident İlham Əliyev, mən və nazirlərimiz gördüyümüz və görəcəyimiz işləri müzakirə etdik. Gələcəyə istiqamətlənmiş bütün vacib addımlarımız nazirlərimiz tərəfindən bir az əvvəl imzalanmış müqavilələrdə də öz əksini tapmışdır. Bu müqavilələrin, bu sənədlərin hər iki ölkə üçün xeyirli olmasını xüsusilə arzu edirəm. Təbii ki, bunlardan başqa, Türkiyə ilə Azərbaycan arasında Bakı-Tbilisi-Ceyhan çox vacib bir bağlantı idi. Bunun ardınca “Şahdəniz” layihəsi çox vacib bir addımdır. Dəmir İpək Yolu adlandırdığımız tarixi ipək yolu ilə bağlı sərmayənin qoyulması və bütün bunlarla bərabər Naxçıvanla Qarsı, İğdırı birləşdirən avtomobil yolları aramızdakı könül bağlantılarından başqa, eyni zamanda, fiziki olaraq bu imkanları da yaradır. Hava yolu ilə daşımada çox fərqli bir mərhələyə qədəm qoyuruq. Çox müxtəlif vilayətlərimizin Azərbaycan ilə hava nəqliyyatını inkişaf etdiririk. Bu addımları da atmış olduq. Bunlar da bizim üçün aramızdakı əlaqənin, qardaşlıq əlaqəsinin inkişafı baxımından çox vacibdir. Bunu da xüsusi ifadə etmək istəyirəm.

Azərbaycan 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd etdiyimiz Azərbaycanın bu bayramını ilk təbrik edən bir ölkə olaraq Türkiyə bundan böyük məmnunluq keçirir.

Arzum budur ki, daha bir neçə 20 illəri daha təntənəli şəkildə qeyd etməyi rəbbim bizlərə nəsib etsin. Azərbaycan xalqının bu müstəqilliyinin əbədi olmasını arzu edirik. Çünki həqiqətən də dəyişən, yeniləşən Azərbaycan vardır. Azərbaycana hər səfərimizdə daha fərqli, dəyişilmiş bir Azərbaycanı görürəm. Bu da təbii, Azərbaycanın hazırda modern ölkələr arasında sürətlə inkişaf etdiyini, bu 20 il ərzində qazanılmış böyük uğurların bariz nümunəsidir. Bu, həm azərbaycanlı qardaşlarımıza, həm də bizlərə ayrı bir qürur verir. Bu, başda mərhum Heydər Əliyev olmaqla, Prezident İlham Əliyevin və hökumətinin uğurlu siyasətinin sübutudur. Qardaşım İlham Əliyevi bu xüsusda ayrıca təbrik edirik.

Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk toplantısını bu gün başa çatdırdıq. Bundan sonra bu toplantı Azərbaycanda keçiriləcəkdir. Amma bütün bunlarla bərabər, həsrətlə gözlədiyimiz məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasıdır. Bu münaqişənin həll olunması inanıram ki, bölgədə daha fərqli inkişafa imkan yaradacaqdır. Bu, sadəcə Azərbaycanın deyil, Türkiyə və bütün türk dünyasının ortaq sıxıntısı, ağrısıdır.

Mən hörmətli dövlət başçısına, bütün nümayəndə heyətinə, bugünkü görüşümüzdə əməyi olan dostlarımıza xüsusi təşəkkür edirəm. İkinci toplantını və vətəndaş cəmiyyəti forumunu gələn il, inşallah, Azərbaycanda keçirəcəyik. Azərbaycandakı toplantının gündəliyi inanıram ki, daha zəngin olacaq, fərqli bir təcrübəyə əsaslanacaqdır. Bu inamla Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısının xeyirli olmasını arzu edirəm və sözü hörmətli Prezident İlham Əliyevə verirəm.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

-Sağ olun, əziz qardaşım!

Hörmətli xanımlar və cənablar!

İlk növbədə iki gün əvvəl Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində insan itkisi ilə əlaqədar Azərbaycan xalqı adından bütün türk xalqına başsağlığı vermək istəyirəm. Biz sizin dərdinizə şərikik. Hər zaman olduğu kimi, bu ağır gündə də Azərbaycan Türkiyənin yanındadır. Zəlzələ nəticəsində həyatını itirmiş insanlara Allahdan rəhmət diləyirik, yaralananlara şəfa diləyirik. Rəhmətə gedənlərin, yaralananların yaxınlarına səbir diləyirik.

Bu gün Türkiyə-Azərbaycan əlaqələrinin tarixində unudulmaz bir gündür. İlk növbədə ona görə ki, bu gün biz Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının birinci toplantısını keçirdik. Bu toplantını Türkiyənin gözəl guşələrindən biri olan İzmir şəhərində keçirdik. Mən çox şadam ki, İzmirə də səfər etmək imkanım olmuşdur. Əvvəlki dövrdə Türkiyənin müxtəlif bölgələrində, müxtəlif şəhərlərində olmuşam, bu gün isə İzmirdəyəm. Mən deyə bilərəm ki, Türkiyənin hər bir yerində özümü doğma vətənimdəki kimi hiss edirəm. Əminəm ki, türk qardaşlarımız da Azərbaycana səfər etdikdə də özlərini evdəki kimi hiss edirlər.

Hörmətli qardaşım Baş nazir qeyd etdi ki, bu gün doğrudan da Türkiyə-Azərbaycan əlaqələrində çox vacib bir gündür. Birgə yaşadığımız bu günlər Azərbaycan müstəqilliyinin 20-ci ildönümünə təsadüf edir. Bu 20 illik müstəqillik, eyni zamanda, 20 illik Türkiyə-Azərbaycan qardaşlığı illəri olmuşdur. Bizi ilk müstəqil dövlət kimi tanıyan Türkiyə olmuşdur. İlk dövrdə bizim ən ağır, ən çətin illərimizdə Türkiyə yanımızda olmuşdur, bu gün də bu, belədir. Bu dostluq, qardaşlıq bundan sonra da əbədi yaşayacaqdır. Xalqlarımızı birləşdirən ortaq tarix, ortaq mədəniyyətdir. Bunlar çox güclü əsaslardır. Ölkələrimizi birləşdirən insanların bir-birinə olan məhəbbətidir, qəlbindəki sevgidir. Bizi birləşdirən strateji müttəfiqliyimizdir.

İyirmi il ərzində Türkiyə və Azərbaycan dünya miqyasında nadir müttəfiqlik münasibətlərini qura bilmişlər. Biz bütün sahələrdə dost, qardaş kimi bərabər hərəkət edirik. Bu gün biz bu müttəfiqliyi artıq yeni formatda formalaşdırdıq. Strateji Əməkdaşlıq Şurasının iclası və iclasın nəticələri onu göstərir ki, bundan sonra da onilliklər ərzində Türkiyə və Azərbaycan daim bir yerdə olacaqlar.

Bu gün imzalanmış sənədlər və əldə edilmiş razılaşmalar bundan sonrakı dövr üçün bir tövsiyədir. Bu sənədlərin icrası nəticəsində ölkələrimiz daha da sıx birləşəcək, siyasi, iqtisadi və bütün başqa sahələrdə əməkdaşlıq daha da dərinləşəcəkdir. Biz siyasi sahədə bütün məsələləri bərabər müzakirə edirik və beynəlxalq məsələlərlə bağlı mövqeyimiz daim üst-üstə düşür. Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli və qardaşlıq mövqeyinə görə bir daha bütün türk xalqına başda əziz qardaşım Baş nazir Tayyib Ərdoğan olmaqla minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycan xalqı bu qardaşlıq münasibətini yüksək qiymətləndirir və haqlı işimizdə Türkiyənin dəstəyi bizim üçün çox önəmlidir. Azərbaycan da bütün məsələlərdə daim Türkiyənin yanında olmuşdur. Xüsusilə Türkiyə üçün çox ağır olan terrorizm probleminin həllində də Azərbaycan daim Türkiyənin yanındadır. Terrora, terroristlərə qarşı haqlı mübarizədə Azərbaycan hər zaman Türkiyənin yanındadır, Türkiyənin bütün hərəkətlərini dəstəkləyir və müdafiə edir. Bu, belə də olmalıdır, çünki biz qardaşıq. Eyni zamanda, biz haqq-ədalətin tərəfindəyik. Biz istəyirik ki, bütün bölgədə sülh, əmin-amanlıq, təhlükəsizlik olsun, insanlar mehribanlıq şəraitində yaşasınlar. Bizim niyyətimiz bundan ibarətdir və addımlarımız bu siyasəti gücləndirir.

Bu gün Azərbaycanın tarixində ən böyük sərmayə qoyuluşu layihəsi “Petkim” layihəsidir. İyirmi il ərzində bu günə qədər bu dərəcədə önəmli və böyük maliyyə mənbəyi tələb edən layihə Azərbaycan tərəfindən həyata keçirilməmişdir. Bu layihə Türkiyədə həyata keçirilir, çünki bu, bizim doğma vətənimizdir. Türkiyədə həyata keçirilən bu layihə Azərbaycanı, Türkiyəni gücləndirəcək, bölgədəki, dünyadakı mövqelərimizi gücləndirəcəkdir.

Eyni zamanda, qeyd etməliyəm ki, Türkiyənin son illər ərzində əldə etdiyi uğurlar bizi çox sevindirir. Türkiyə bu gün dünya çapında güc mərkəzidir, güclü dövlətdir. Türkiyənin çox güclü iqtidarı vardır. Qardaşım Tayyib Ərdoğanın rəhbərliyi altında 10 il ərzində Türkiyə böyük, uğurlu bir yol keçmişdir. Bu gün dünyada yaşanan böhranlara baxmayaraq, Türkiyə iqtisadiyyatı uğurla inkişaf edir. Burada gördüklərim nailiyyətlər məni çox sevindirir. Aramızda əlaqələr çoxşaxəlidir. Bu gün bu əlaqələrin bir hissəsi müzakirə edildi. Şuranın iclasında enerji, nəqliyyat, iqtisadiyyat və humanitar məsələlər müzakirə edildi. Bu, birinci iclasdır və bundan sonra belə toplantılar mütəmadi qaydada keçiriləcək - ildə ən azı bir dəfə. Növbəti toplantı Azərbaycanda keçiriləcəkdir. Biz çalışmalıyıq ki, növbəti toplantılarda daha da geniş əməkdaşlıq formatını təşkil edək. Mən çox şadam ki, bizim nümayəndə heyətlərinin üzvləri də, hörmətli nazirlər də bir-biri ilə səmərəli əlaqələr qura bilmişlər. Bu bizə imkan verəcək ki, bu gün əldə edilmiş razılaşmalar uğurla icra edilsin.

Enerji məsələlərinə gəldikdə, bu gün enerji və qaz sahəsində imzalanmış sənədlər bizim üçün yeni imkanlar, yeni üfüqlər açır, uzunmüddətli uğurlu əməkdaşlığımız üçün şərait yaradır. Əminəm ki, bu əməkdaşlıqdan həm xalqlarımız, həm də bizim üçün dost olan ölkələr faydalanacaqlar.

Mən bir daha mənə və mənimlə bərabər Türkiyəyə gəlmiş nümayəndə heyətinin üzvlərinə göstərilmiş qonaqpərvərliyə və məhəbbətə görə əziz qardaşım Baş nazirə minnətdarlığımı bildirmək istəyirəm. Bir daha demək istəyirəm ki, biz Azərbaycanda Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına müstəsna əhəmiyyət veririk. Bu əlaqələr güclənir, güclənməlidir. Qarşımızda böyük yol vardır. Biz artıq 20 il ərzində əsl müttəfiqlər kimi işləmişik. Bundan sonra da onilliklər ərzində Türkiyə-Azərbaycan iki qardaş xalq, iki qardaş ölkə kimi ancaq və ancaq irəliyə gedəcəkdir. Sağ olun.

X X X

Sonra jurnalistlərin sualları cavablandırıldı.

Elvin Mövsümov (Azərbaycan Dövlət Teleqraf Agentliyi - AZƏRTAC): Sualım, hörmətli Baş nazir, Sizədir. Azərbaycan ilə Türkiyə arasında qeyri-energetika sahəsində əməkdaşlığın, qarşılıqlı investisiyaların konkret gələcəyi ilə bağlı nə söyləyə bilərsiniz?

Baş nazir Rəcəb Tayyib ƏRDOĞAN: Çox təşəkkür edirəm. Təbii ki, enerjidən başqa bizim hazırda istər hərbi sahədə, istərsə də ticarət sahəsində, xüsusilə turizm sahəsində - bir çox münasibətimiz vardır. Bu, 2008-ci ilin sonunda təxminən 2,5 milyard dollar həcmində idi. Bu, təbii ki, bütöv bir ilin göstəricisidir. Bu ilin 10 ayı ərzində isə həmin rəqəm 2,4 milyard dollara çatıb. Bir arada qlobal iqtisadi böhran səbəbindən dövriyyənin aşağı düşməsi bizə bir az təsir göstərmişdi. Amma yenidən dirçəldi və hazırda görünən odur ki, bu ilin sonunda 2008-ci ilin nəticəsini keçəcəkdir.

Təbii ki, hədəfimiz bundan daha çox irəli getməkdir. Bunu hələ enerji sahəsində, müdafiə sənayesi istiqamətində atacağımız addımları nəzərə alsaq, - bir az əvvəl çıxışımızda, hərçənd ki, üç rəqəmi ifadə edildi, - mən bu rəqəmin də iki ölkəmizin hazırkı potensialını əks etdirmədiyinə inanıram. Bu potensialdan daha çox üstün olduğumuza inanıram. Düşünürəm ki, bunu 2012-ci ildə həyata keçirəcəyik. Əl-ələ verməklə bunu daha fərqli bir zəminə gətirəcəyik. Bu gün atdığımız addımlar sərmayələr ilə birlikdə çox ciddi bir sıçrayış gətirəcəkdir.

Nəcəf Həsənov (Xəzər Televiziyası): Əvvəlcə soruşmaq istərdim ki, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında müzakirə edilən məsələlər və ya qəbul edilən qərarlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə nə kimi töhfələr verəcək? Digər sualım isə, həm Azərbaycanı, həm Türkiyəni yaxından maraqlandıran bir məsələ - “Nabukko” layihəsi ilə bağlıdır. Avropa İttifaqı layihəni həyata keçirmək istəyir, amma bəzi ölkələr “öncə Xəzər dənizinin statusu olsun, sonra “Nabukko” layihəsinə baxılsın” deyir. Bu məsələyə sizin münasibətinizi bilmək istərdim. Təşəkkür edirəm.

Prezident İlham ƏLİYEV: Bu gün gündəlikdə dayanan məsələlər kifayət qədər çoxdur. Əfsuslar olsun ki, vaxt imkan vermədi bütün məsələlər müzakirə edilsin. Ancaq əgər müzakirə edilmiş məsələləri sadalasam görərsiniz ki, kifayət qədər geniş gündəliyimiz vardır. Bu gün biz siyasi əlaqələrimizi müzakirə etdik, beynəlxalq məsələlərə münasibətimizi bildirdik və bir daha vurğuladıq ki, Türkiyə ilə Azərbaycan beynəlxalq məsələlərdə də vahid mövqedən çıxış etməlidir və edirlər. Bu gün hərbi sahədə əməkdaşlıq haqqında geniş fikir mübadiləsi aparılmışdır. Hərbi sənaye kompleksinin inkişafı üçün birgə təşəbbüslərin irəli sürülməsi nəticəsində yeni bir vəziyyət yaranmaqdadır. Bu sahədə əməkdaşlığımız həm ticarət dövriyyəsinin artmasına, eyni zamanda, Azərbaycanın ehtiyaclarının ödənilməsinə xidmət göstərəcəkdir.

Bu gün nazirlər bizə iqtisadi vəziyyətin son durumu ilə bağlı məlumatlar verdilər. Hətta qeyd etdilər ki, hansı şirkətlər hansı işləri görür. Biz çox şadıq ki, Türkiyə şirkətləri Azərbaycana həm yatırımlar edirlər, həm müxtəlif layihələrdə iştirak edirlər.

Enerji məsələləri, əlbəttə, “Cənub” qaz dəhlizi də müzakirə mövzusu idi. Humanitar məsələlərə də diqqətimizi əsirgəmədik. Bu gün iki qadın nazirimiz bu məsələ ilə bağlı çox maraqlı məlumatlar vermişlər. Yəni, Şuranın gedişatı da, nəticələri də çox müsbət olmuşdur. Əlbəttə ki, nəqliyyat məsələləri də diqqətdən yayınmadı. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi və hava nəqliyyatı, avtomobil nəqliyyatı ilə bağlı olan məsələlər də qeyd edildi.

Bu müzakirələrin Dağlıq Qarabağ məsələsinin həllinə birbaşa təsiri olmasa da, ancaq bu müzakirələr bu gün Türkiyəni və Azərbaycanı daha da sıx birləşdirdi. Biz güclərimizi daha da sıx birləşdiririk və əlbəttə, gücümüz nə qədər artsa, qarşımızda duran məsələlər də bir o qədər asanlıqla həllini tapacaqdır.

O ki qaldı “Nabukko” və digər layihələrə, deyə bilərəm ki, Azərbaycan “Cənub” qaz dəhlizinin reallaşmasına öz töhfəsini verməkdədir. Həm təşəbbüslərimiz, tikilmiş qaz kəmərləri, aşkar edilmiş yeni qaz mənbələri, Türkiyə ilə artıq gözəl əməkdaşlıq tariximiz və Avropa İttifaqı ilə imzalanmış sənədlər, əlbəttə, Azərbaycanı çox etibarlı və potensial ixracatçı kimi dünyaya təqdim edir. Ümid edirəm ki, bu gün bu məsələ ilə bağlı imzalanmış sənədlər həyata keçiriləndən sonra Azərbaycan qazı həm Türkiyəyə, həm Türkiyə ərazisindən Avropaya daha da böyük həcmdə nəql ediləcəkdir.

X X X

Deniz Kilisoğlu (CNN Türk televiziyası): Hörmətli Baş nazir, zənnimcə, imzalanan sazişlər arasında Türkiyənin uzun müddətdir gözlədiyi bir saziş vardır - “Şahdəniz-2” sazişi. Sazişin detalları ilə bağlı ətraflı məlumat verə bilərsinizmi? Nə qədər qaz alınması nəzərdə tutulur? Nə qədəri Avropaya transfer ediləcəkdir və Türkiyənin yenidən satış haqqı olacaqmı? Ətraflı məlumat versəniz çox şad olaram. Sağ olun.

Baş nazir Rəcəb Tayyib ƏRDOĞAN: Təbii ki, “Şahdəniz” sazişi ilə əlaqədar olaraq, enerji nazirlərimiz öz aralarında bu müzakirələri davam etdirirlər. Həmçinin buradakı xəttin inşası ilə bağlı intensiv iş gedir. Xəttin inşası ilə bağlı layihə işlərini bir il müddətində başa çatdırmaq nəzərdə tutulur. Ondan sonra digər məsələlərlə bağlı addımlar atılacaqdır. Avropaya nə qədər qaz ixrac edilib edilməyəcəyi, tələb-təklif məsələləri Azərbaycan ilə keçiriləcək görüşlərdə müzakirə ediləcək və qərar veriləcəkdir.

Bu məsələlər bizim gündəliyimizdə yer almadı. Bu məsələlər enerji nazirlərimiz arasında, həmçinin SOCAR ilə BOTAŞ arasında aparılacaq müzakirələrdən sonra bəlli olacaqdır.

Arda Yavuz (“Star” qəzeti): Mən Azərbaycan ilə bağlı bir şey soruşmaq istəmirəm, amma hörmətli Prezidentimiz də bildirdi, Türkiyənin məlum bir terror problemi vardır və hər zaman dəstək olduqlarını ifadə etdi. Bu gün - təxminən bir saat yarım-iki saat əvvəl, xəbər agentliklərinin saytlarında bir informasiya verilmişdir. BBC-nin İraq müxbiri təxminən 1300-1400 PKK terrorçusunun Türk Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirildiyi ilə bağlı xəbər yaymışdır. Bu, dünya qaynaqlarında da yer alıb. Siz bunu necə dəyərləndirirsiniz? Bu rəqəm doğrudurmu? Bir də Murad Karayılanın Şimali Kipr kürd rejiminə bir müraciəti vardır. Müraciətdə Türkiyəni dəstəkləməmək təklif edilir. İran da PEJAK ilə mübarizə apardı. Bir neçə gün əvvəl də xarici işlər naziri Türkiyəyə gəldi. İran və Şimali İraq regional rejimlərinin Türkiyəyə terror ilə bağlı dəstəyi nədir? Təşəkkür edirəm.

Baş nazir Rəcəb Tayyib ƏRDOĞAN: Hörmətli dostlar, əvvəla BBC-nin və sairin açıqladığı rəqəmlər ciddi rəqəmlər deyil, bunlar qeyri-ciddidir. Hər hansı bir əsası yoxdur. Yəni, haradan tapmışlar, belə bir şeyi necə ortaya çıxarmışlar, məlum deyildir. Bilirsiniz ki, bizim bu mövzu ilə bağlı olaraq Baş Qərargahımızın bir açıqlaması vardır. Beş gün içərisində Çuxurcada 54 terrorçu zərərsizləşdirilmişdir. Bundan başqa, sərhəddən kənarda aparılan əməliyyatlarda isə 200-270 terrorçunun zərərsizləşdirildiyi təxmin edilir. Təbii ki, bunların içərisində Çuxurcadakılar göz qabağındadır. Amma digərləri hava əməliyyatı nəticəsində texniki imkanlar ilə müəyyən edilən təxminlərdir.

Bundan başqa, BBC-nin açıqladığı rəqəm Baş Qərargah tərəfindən qətiyyən təsdiqlənmir. Bunu xüsusi olaraq vurğulayıram ki, belə bir şey müzakirə mövzusu ola bilməz. Başqa bir mövzu - tankların sərhədi keçməsi iddiası da doğru deyildir. Yəni, belə bir şey də müzakirə oluna bilməz. Bu, yenə də bizim mənbəyimizin ifadəsidir. Sadəcə sərhəddə normal bir əməliyyat aparılmışdır. Mən bunu başa düşməkdə çətinlik çəkirəm ki, necə yəni dostlarımız bu əməliyyatı sərhəddən kənarda görürlər? Orada da belə bir şey yoxdur. Ancaq burada bir yanlış anlaşılma vardır. Bu mövzuda biz daha əvvəl media nümayəndələri - istər redaktorları, istərsə də rəhbərləri ilə keçirdiyimiz toplantılarda bu mövzuda doğru xəbərə diqqət edin, Baş Qərargahın, Silahlı Qüvvələrin və Baş nazirin açıqlamalarına əgər diqqət yetirsəniz yanlış xəbər vermərik, ictimaiyyətə yanlış məlumatlar vermərik dedik. Biz də əlaqədar qurumlarımızı yanlış xəbər olmasın, dezinformasiya olmasın deyə tez-tez məlumatların verilməsi ilə bağlı təlimatlandırdıq. Burada həssas olsaq bunun çox müsbət nəticəsi olacaqdır. Bundan sonrakı prosesdə də bunu eyni həssaslıqla davam etdirəcəyik. Amma dediyim kimi, terrorla mübarizəni və siyasətlə də müzakirəni davam etdirəcəyik. Bizim anlayışımız budur. Təşəkkür edirəm.

Sağ olun.

######

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Moskva Dövlət Universitetinin Bakı filialı 2024/2025-ci tədris ili üçün bakalavriat səviyyəsinə qəbul elan edir

Akademik: Yəhudilər Azərbaycanın tolerantlıq imkanlarını ən yüksək səviyyədə nümayiş etdirirlər

Azərbaycan çempionu kapitanı ilə müqaviləni yeniləyib

Macarıstanın Baş naziri Viktor Orban Kiyevə gəlib

MİQ-də yüksək bal toplayan müəllim: İkinci dəfədir imtahan verirəm

Azərbaycanda zoonoz xəstəliklərlə mübarizəyə həsr olunmuş beynəlxalq tədbir başlayıb

Füzuli və Xocavənd rayonlarına mediatur başlayıb

“Qarabağ” Yunanıstan millisinin qapıçısına təklif göndərib

Bakı Ali Neft Məktəbinin komandası “PASHA Hackathon 4.0” da qalib oldu

Agentlik məktəb direktoru və direktor müavini kimi çalışmaq istəyənlərə xəbərdarlıq etdi

Məktəbəhazırlıq qruplarına qəbul başlayır

Venesuela ABŞ hökuməti ilə dialoqun bərpa olunduğunu elan edib

Çin Liderinin Qazaxıstana dövlət səfəri başlayıb

DSMF: Yanvar-iyun aylarında xüsusi şərtlərlə pensiya alanların sayı 144 mindən çox olub

“Qafqazlı qardaşqızı” operettası növbəti dəfə səhnədə

Nazir müavini: Azərbaycan xüsusi təhlükəli heyvan xəstəliklərinin aradan qaldırılması sahəsində də nailiyyətlər əldə edib

Milli Kitabxananın əməkdaşları tərəfindən “Süleyman Ələsgərov” adlı ilk fundamental biblioqrafiya hazırlanaraq nəşr edilib

Prezident İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Pakistanda 657 məhsulun idxalına 55 faizədək rüsum tətbiq edilib

“Azərişığ”ın gənc mütəxəssisləri beynəlxalq yarışda mükafat qazanıb

Azərbaycanlı məktəblilər Türkiyədə uşaq rəsm müsabiqəsinin qalibləri sırasında yer alıblar

“Gəncə”dən ayrılan voleybolçu Fransa klubuna keçib

Ötən həftə Liviyadan 303 miqrant deportasiya edilib

Azərbaycanda heyvanlar arasında quduzluq xəstəliyi ilə bağlı görülən işlər açıqlanıb

MİQ imtahanlarının ilk günündə texnologiya fənni üzrə 2564, təsviri incəsənət fənni üzrə 1592 namizəd dəvət olunub

Çempionlar Liqası: Azərbaycan təmsilçisinin püşkatmadakı səbəti açıqlanıb

ŞKTR-in maliyyə naziri Azərbaycanla əlaqələrin inkişafını alqışlayıb

Baş dövlət baytarlıq müfəttişi: Azərbaycanda heyvanlar arasında kəskin, xüsusi təhlükəli infeksion xəstəlik mövcud deyil

Xocalıda xeyli sayda döyüş sursatı aşkar edilib VİDEO

UNEC rektoru abituriyentlərlə görüşəcək

Təhsilli qadın təhsilli millət, təhsilli nəsil deməkdir

Amerika Kuboku: ABŞ millisi qrupda qalıb, Panama növbəti mərhələyə yüksəlib

Hindistanın şimal-şərqində 640 min nəfər daşqınlardan zərər çəkib

Avropa Yayım Birliyi “Eurovision”da iştirak qaydalarını sərtləşdirir

Vətəndaşlar üç ədəd tüfəngi polis orqanlarına təhvil verib

Bu gün Beynəlxalq İdman Jurnalistləri Günüdür

Dünya birjalarında neft bahalaşıb

Azərbaycan “Baker Hughes” və “Zhero” şirkətləri ilə əməkdaşlıq prioritetlərini müzakirə edib

“Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert

“ASAN xidmət” modeli əsasında İndoneziyada 200-dən çox mərkəz yaradılıb

Ermənistanda hava limanında bomba xəbərdarlığı edilib

DİN: İyulun ilk günü 18 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Avro-2024: Türkiyə millisi bu gün Avstriya ilə qarşılaşacaq VİDEO

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

® Bakıda salınan yeni körpünün inşasında “STP Şirkətlər Qrupu” iştirak edir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb

Monqolustan parlamenti yeni spiker seçib

Türkiyə Nazirlər Kabinetinin iclasında Prezident Ərdoğanın dörd ölkəyə səfərləri müzakirə ediləcək

Bakıdakı Rus evində Aytən Oqtayqızının və Nuranə Zeynalovanın müəllif konserti olub

Elmar Qasımov “Avropada yaşayan azərbaycanlı mühəndislərin forumu”nda iştirak edib

Azərbaycan neftinin qiyməti 90 dolları ötüb

DİN: Ölkə ərazisində qeydə alınan 24 cinayətin üstü açılıb

Ağsu rayonunda təsərrüfatların 90 faizdən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib

Hakimliyə namizədlər üçün test imtahanı keçiriləcək

“Maarifçi” tələbə-məzun təcrübə proqramı başa çatıb

Ədliyyə naziri Qusar rayonunda vətəndaşları qəbul edəcək

Vəkillərin İntizam Komissiyasının növbəti iclası keçirilib, qərarlar qəbul olunub

AQTA-nın sədr müavini: Zoonoz xəstəliklərə nəzarət hədəflərdən biri kimi müəyyənləşdirilib

Şəki sakinini ilan sancıb, vəziyyəti ağırdır

Sabitliyin və asayişin keşiyində: Azərbaycan polisi 106 yaşını qeyd edir

QAİ: Tarixin arxivinə gömülmüş qanunsuz rejimin tör-töküntüləri Azərbaycana qarşı bir sıra gülünc açıqlamalar verir

"Journal of Petroleum Technology": Azərbaycan - sönməz odlar yurdu

Meksikada narkotik kartelinin toqquşması nəticəsində 20 nəfər ölüb

Şimali Koreya yeni tipli ballistik raketi sınaqdan keçirib

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılır

Niderland Hökuməti F-16 qırıcılarının Ukraynaya göndərilməsinə icazə verib

İspaniyadan Uruqvaya uçan təyyarə turbulentə düşüb, 30 nəfər xəsarət alıb

Türkiyə Nazirlər Kabinetində dəyişikliklər edilib

Avro-2024: Portuqaliya millisi 1/4 finala yüksəlib

Budapeştdə ilk qısametrajlı “Ortaq Türk” filminin nümayişi olub

Ali Məhkəmə Donad Trampı bəzi cinayət məsuliyyətindən azad edən qərar çıxarıb

Özbəkistanda illik inflyasiya 10,6 faizə qədər artıb

ABŞ-da bir ailənin 5 üzvü təyyarə qəzasında həlak olub

Blinken: Azərbaycan və Ermənistan arasında sülh sazişinə nail olmaq üçün müstəsna imkan yaranıb

Gədəbəyə dolu düşüb

Avro-2024: Fransa 1/4 final mərhələsinə vəsiqə qazanıb

Türkiyə Prezidenti siyasətçilərin ritorikasında populizm və ksenofobiyanı “zəiflik” adlandırıb

FHN: Nohur gölündə suyun səviyyəsi artıb, ətraf ərazilər üçün təhlükəli vəziyyət yaranıb VİDEO

Bolqarıstanla iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

Türkiyə, Rumıniya və Bolqarıstan Qara dənizdə mina təhlükəsi ilə bağlı mübarizəyə başlayıb

Radikal erməni funksionerlərinin kök saldığı “Freedom House”un insan hüquqlarının qorunması ilə heç bir əlaqəsi yoxdur BƏYANAT

Azərbaycan və Bolqarıstan arasında enerji sahəsində əməkdaşlıq məsələsi müzakirə edilib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti bir sıra qərarlar qəbul edib

Yeni Günəşlidə narkotik satışı ilə məşğul olan şəxsdən 6 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanıb VİDEO

ABŞ-da atışma zamanı 3 nəfər ölüb

Ankarada start götürən “Müharibə dövründə jurnalistika” təlimlərində AZƏRTAC-ın əməkdaşı da iştirak edir

Daxili İşlər Nazirliyi Şuşa “ASAN xidmət”də işə qəbulla bağlı müsabiqə elan edir

İqlim dəyişikliyinin əməyin təhlükəsizliyinə və sağlamlığa təsiri - vebinar

Nyu-Yorkda İpək Yolu Festivalı keçirilib

Yasamalın Mikayıl Müşfiq küçəsində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq

Geologiya və Geofizika İnstitutunun Elmi şurasının iclası COP29 mövzusuna həsr edilib

COP29 yeni əməkdaşlıq formatlarının yaradılmasına stimul olacaq ŞƏRH

Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığın inkişafı müzakirə olunub

® Zəhərli ilan və həşəratların sancması zamanı təxirəsalınmaz tədbirlərlə bağlı metodiki vəsait

Sağlamlıq imkanları məhdud şəxsə avtomobil hədiyyə edilib

Azərbaycanı Paris Olimpiadasında təmsil edəcək cüdoçular bəlli olub

Dövlət Sosial Müdafiə Fondu “Nebext” beynəlxalq təşkilatının xüsusi mükafatına layiq görülüb

ANAMA-nın İdarə Heyətinin sədri Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb

Cənubi Koreyada doğumun azalması problemini həll etmək üçün nazirlik yaradılır

Pərviz Şahbazov Pakistanın neft naziri və “Saipem” şirkətinin baş icraçı direktoru ilə görüşüb