İQTİSADİYYAT
Birinci rübdə ixrac edilən qeyri-neft məhsulları siyahısında pambıq mahlıcı birinci olub
Bakı, 30 aprel, AZƏRTAC
Birinci rübdə ixrac edilən qeyri-neft məhsulları siyahısında pambıq mahlıcı birinci olub.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın aprel sayına istinadla bildirir ki, üç ayda ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (72,2 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda karbamid (53,2 milyon ABŞ dolları) ikinci, qabığı təmizlənmiş meşə fındığı (39,5 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Cari ilin mart ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında karbamid (23,9 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (21,1 milyon ABŞ dolları) ikinci və polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr (18,6 milyon ABŞ dolları) üçüncü olub.