BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ KORRUPSİYA ƏLEYHİNƏ KONVENSİYASININ TƏSDİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I 2004-cü il fevralın 27-də imzalanmış Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyası Azərbaycan Respublikasının ona dair qeyd-şərtləri və bəyanatları ilə (qeyd-şərtlərin və bəyanatların mətnləri əlavə olunur) təsdiq edilsin.
II Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 30 sentyabr 2005-ci il.