MƏDƏNİYYƏT
Bişkekin “Piramida” telekanalında Azərbaycan kinosu həftəsi keçiriləcəkdir
Bişkek, 29 iyun (AZƏRTAC). Azərbaycanın Qırğızıstandakı səfirliyindən verilən məlumata görə, iyulun 2-də Bişkekdəki “Piramida” televiziya kanalında Azərbaycan kinosu həftəsi başlayacaqdır.
Səfirliyin mətbuat katibi İlkin Abbasəliyevin verdiyi məlumata görə, beş gün ərzində kanalda hər gün mədəniyyətimizin qızıl fonduna daxil olan bir bədii film göstəriləcəkdir.
Həftə ərzində kanalda Azərbaycan kinosalnaməsinin unudulmaz filmləri olan “Nizami”, “Axırıncı aşırım”, “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Uzaq sahillərdə” bədii filmləri nümayiş etdiriləcəkdir.
Bu ilin mayında və iyunun əvvəllərində də digər televiziya kanallarında Azərbaycan kinosu həftəsi keçirilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [22:00]
“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib
- 07.05.2024 [20:33]
“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb
- 07.05.2024 [16:38]
"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş konsert
- 07.05.2024 [16:37]