DÜNYA
BMT-nin baş katib postuna namizədləri sentyabrda iki səsvermə gözləyir
Bakı, 2 sentyabr, AZƏRTAC
BMT Təhlükəsizlik Şurası sentyabr ayında beynəlxalq təşkilatın baş katibi postuna namizədlərlə bağlı səsvermənin daha iki raundunu keçirəcək.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Yeni Zelandiyanın BMT-dəki daimi nümayəndəsi (Təhlükəsizlik Şurasının hazırkı sədri) Cerard van Bohemen təşkilatın brifinqində bildirib. Onun sözlərinə görə, səsvermənin növbəti raundları sentyabrın 9-da və 26-da baş tutacaq.
Xatırladaq ki, Təhlükəsizlik Şurasında namizədlər üzrə səsvermə prosesi iyulun 21-də start götürüb. Həmin gündən indiyə qədər bağlı qapılar arxasında üç raund keçirilib.
Üçüncü raundun nəticəsinə görə, Portuqaliyanın keçmiş Baş naziri Antoniu Quterreş liderliyini qoruyur. Onun ardınca Slovakiyanın xarici işlər naziri Miroslav Layçak gəlir. Üçüncü yerdə Bolqarıstanı təmsil edən UNESCO-nun Baş direktoru İrina Bokova və Argentinanın xarici işlər naziri Susana Malkorra qərarlaşıb. Ümumilikdə isə BMT-nin baş katibi postu uğrunda 10 namizəd mübarizə aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]