“BMT-NİN İXTİSASLAŞMIŞ TƏŞKİLATLARININ İMTİYAZ VƏİMMUNİTETLƏRİ HAQQINDA” KONVENSİYAYA QOŞULMAQ BARƏSİNDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası “BMT-nin ixtisaslaşmış təşkilatlarının imtiyaz və immunitetləri haqqında” 1947-ci il 21 noyabr tarixli Konvensiyaya müvafiq qeyd-şərtlər və bəyanat ilə (qeyd-şərtlərin və bəyanatın mətni əlavə olunur) qoşulsun.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 oktyabr 2006-cı il