İQTİSADİYYAT
BMT və Azərbaycan arasında Çərçivə Sənədi üzrə ötən il layihələrin həyata keçirilməsinə 25,4 milyon dollar xərclənib
Bakı, 14 mart, AZƏRTAC
“2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi" üzrə 2022-ci ildə layihələrin həyata keçirilməsinə 25,4 milyon ABŞ dolları dəyərində vəsait xərclənib. 2023-cü il üçün nəzərdə tutulan büdcə 32 milyon ABŞ dolları həcmindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov İqtisadiyyat Nazirliyinin və BMT-nin birgə təşkilatçılığı ilə BMT və Azərbaycan arasında “2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi”nin (UNSDCF) icrası üzrə Birgə İstiqamətləndirici Komitənin iclasında deyib.
O vurğulayıb ki, Azərbaycan beynəlxalq əməkdaşlığa xüsusi önəm verir, regional və qlobal platformaların əsas oyunçusuna çevrilib. Ölkəmiz BMT-yə üzv olduğu 1992-ci ildən etibarən onun qurumları ilə sıx əməkdaşlıq edir.