BOLQARISTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB GEORGİ PIRVANOVA
Hörmətli cənab Prezident,
Bolqarıstan Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Bolqarıstan əlaqələrinin hərtərəfli inkişafı istiqamətində səylərimizi davam etdirməklə xalqlarımızın rifahına töhfələr verəcəyik.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bolqarıstan xalqına sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 fevral 2003-cü il