DÜNYA
Bosniya və Herseqovinanın elektrik enerjisi ixracında rekord artım qeydə alınıb
Sarayevo, 27 yanvar, AZƏRTAC
Ötən il Bosniya və Herseqovinanın elektrik enerjisi ixracı 2020-ci ilə nisbətən 66,9 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu, ölkə tarixində rekord göstəricidir. Elektrik enerjisi ixracının dəyəri isə təxminən 424 milyon avro olub. Buna beynəlxalq bazarda davam edən enerji böhranı fonunda artan qiymətlər təsir edib.
Bosniya və Herseqovinanın elektrik enerjisi ixracının dəyəri 2019-cu ildə 295 milyon avro, 2020-ci ildə təxminən 255 milyon avro olub.
Keçən il ölkənin elektrik enerjisi idxalının dəyəri isə əvvəlki ilə nisbətən 127,1 faiz artaraq təqribən 112 milyon avro təşkil edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [15:16]
Milanda içki satışına bəzi qadağalar qoyulub
- 03.05.2024 [15:03]
Vyetnamda qidadan 487 nəfər zəhərlənib
- 03.05.2024 [15:01]
Çin Ayın görünməyən tərəfinə kosmik missiyaya start verib
- 03.05.2024 [14:40]
İndoneziyada torpaq sürüşməsi və sel 7 nəfərin həyatına son qoyub
- 03.05.2024 [14:24]
Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərib
- 03.05.2024 [14:15]
Kuleba və Kemeron Ukraynaya hərbi yardımı müzakirə ediblər
- 03.05.2024 [13:54]