İDMAN
Böyük Britaniya atleti Keyti Şanahan XV Avropa Gənclər Yay Olimpiya Festivalında ikinci dəfə çempionluq sevinci yaşayıb
Bakı, 23 iyul, AZƏRTAC
Böyük Britaniya atleti Keyti Şanahan XV Avropa Gənclər Yay Olimpiya Festivalının üzgüçülük yarışlarında ikinci dəfə çempionluq sevinci yaşayıb.
AZƏRTAC xəbər verir ki, o, qadınlar arasında 200 metr məsafəyə arxası üstə üzmə yarışında finişə hamıdan tez çatıb. İtaliyalı Françeska Qaytani Erika gümüş, Türkiyə təmsilçisi Sudem Denizli isə bürünc medal qazanıb.
Kişilər arasında 200 metr məsafəyə brass üsulu ilə üzmə yarışında ilk üç yeri Dmitri Asxabov (Rusiya), Rostislav Krıjanivski (Ukrayna), Brendan Fitzpatrik (Fransa) tutublar.
Qadınlar arasında 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında ilk üç pillədə müvafiq olaraq Aleksandra Sabitova (Rusiya), Tamrin Van Selm (Böyük Britaniya), Karmen Veyler Sastr (İspaniya) qərarlaşıblar.
Qeyd edək ki, Keyti Şanahan iyulun 22-də qadınlar arasında 400 metr məsafəyə qarışıq üsulla üzmə yarışında bütün rəqiblərini geridə qoyaraq qızıl medal qazanıb.