Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Böyük Britaniya parlamentində Azərbaycanın dinlərarası tolerantlıq modeli müzakirə edilmişdir
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konfransda iştirak etmişdir

Bakı, 9 noyabr (AZƏRTAC). Noyabrın 8-də Londonda, Böyük Britaniya parlamentində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü, bu ölkədə fəaliyyət göstərən İngiltərə-Azərbaycan Cəmiyyətinin və “Odlar Yurdu” qurumunun təşkilatçılığı ilə “Avropa multikulturalizminin perspektivləri: Dinlərarası dialoq və dini tolerantlığın Azərbaycan modeli” mövzusunda konfrans keçirilmişdir. 

Konfransda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva iştirak etmişdir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə keçirilən tədbirin əsas məqsədi Azərbaycanda din-dövlət münasibətləri, dini tolerantlıq, dinlərarası əməkdaşlıq və qarşılıqlı hörmət modelinin Britaniyanın siyasi və akademik elitasına təqdim etməkdir.

Konfrans Böyük Britaniyanın siyasi dairələri və dini icmalarının, həmçinin kütləvi informasiya vasitələrinin böyük marağına səbəb olmuşdur. Tədbirdə Böyük Britaniya Parlamentinin Lordlar Palatasının nüfuzlu üzvləri, habelə həm hakim Mühafizəkar, həm də müxalif Leyborist partiyalarından parlament üzvləri, hökumət təmsilçiləri, Londondakı diplomatik korpusun nümayəndələri, Britaniyanın anqlikan, yəhudi və müsəlman icmalarının fəalları iştirak etmişlər.

Konfransı açan İngiltərə-Azərbaycan Cəmiyyətinin sədri lord Piter Freyzer iştirakçıları və qonaqları salamlamış, konfransın mövzusunun əhəmiyyəti barədə danışmışdır. BMT-nin “Sivilizasiyaların Alyansı” və İslam Konfransı Gənclər Forumu platformalarından beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoq sahəsində mühüm fəaliyyət göstərən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Azərbaycanın tolerantlıq modelinin Avropada tanıdılması təşəbbüsünü yüksək qiymətləndirən natiq, konfransın bu sahədəki gələcək fəaliyyətin uğurlu başlanğıcı olduğunu bildirmişdir.

Tədbirin həmtəşkilatçısı olan Britaniyanın “Odlar Yurdu” təşkilatının sədri İlham Nağıyev Azərbaycanda dini tolerantlıq sahəsində əldə edilmiş uğurların Avropa üçün nümunə ola biləcəyini vurğulamışdır. Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov müzakirə olunan mövzunun Azərbaycan və Avropanın digər ölkələri ilə təcrübə mübadiləsi çərçivəsində vacib rol oynaya biləcəyi məsələsini önə çəkmişdir.

London konfransının tolerantlıq mövzusunda Azərbaycandan xaricdə ilk dəfə belə nüfuzlu səviyyədə keçirilən tədbir olduğunu vurğulayan DQİDK sədri Elşad İskəndərov qeyd etmişdir ki, konfransın digər özəlliyi ölkəmizin dinlərarası dialoq sahəsindəki təcrübəsinin Avropada multikulturalizm diskussiyası kontekstində müzakirə olunması və məhz Azərbaycan modelinin Avropada tətbiqi məsələsinin müzakirəsinin xüsusi önəm daşıdığını vurğulamışdır.

İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva konfransda məruzə ilə çıxış etmişdir.

Konfrans iştirakçılarını salamlayan Leyla xanım Əliyeva müasir Avropada multikulturalizm problemi prizmasında tədbirin əhəmiyyətini qeyd etmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti dini tolerantlıq və dinlərarası dialoq probleminin nəzəri əsaslarına geniş toxunmuş, bu sahədə mövcud olan elmi yanaşmalar barədə ətraflı danışmışdır. Leyla xanım Əliyeva bu məsələnin ümumbəşəri problemə çevrildiyini və onun öyrənilməsi və həlli yollarının tapılmasında Azərbaycan təcrübəsinin uğurlu model olduğunu vurğulamışdır.

Azərbaycanda dini tolerantlığın dərin kökləri, tarixi və bu sahədə hazırkı durum barədə məlumat verən Leyla xanım ƏLİYEVA demişdir:

- Dini və mədəni dözümlülük bizim üçün nailiyyət deyildir. Bu, bizim gündəlik həyat tərzimizdir. Bu, həm də bizim bildiyimiz yeganə həyat tərzidir.

Zərdüştlük Azərbaycanda yaranıb. Böyük yəhudi icmaları eramızdan əvvəl VII-V əsrlərdə torpaqlarımızda məskunlaşıblar. IV əsrdə xristianlıq dövlət dini olub. Bundan sonra isə VIII əsrdən başlayaraq Azərbaycanda İslam dini yayılıb.

Bu gün Azərbaycan əhalisinin əksəriyyəti müsəlmanlardır. Bununla yanaşı, ölkəmizdə xristian və yəhudi icmaları, eyni zamanda, demək olar ki, bütün etiqadları təmsil edən daha kiçik icmalar da mövcuddur. Siz Azərbaycanda məscidləri, kilsələri, sinaqoqları və digər dini ibadətgahları yanaşı görə bilərsiniz. Buradakı dindarlar heç bir təqibdən qorxmayaraq öz dinlərinə sitayiş edirlər.

Konfransın birinci plenar iclasında çıxış edən tarix elmləri doktoru Fəridə Məmmədova, elmlər doktoru Moşe Bekker və Dini Araşdırmalar Mərkəzinin təsisçisi Elçin Əsgərov Azərbaycanda islamın, yəhudiliyin və xristianlığın tarixi barədə məruzələrlə çıxış etmişlər. Bu kontekstdə, həmçinin Qafqaz Albaniyasının dini-mədəni irsi barədə ətraflı məlumat verilmişdir. Azərbaycanda qədim dövrlərdən başlayaraq müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin yaşadığı, onların nadir Azərbaycan mədəniyyətinin formalaşmasına töhfə verdiyi və multikulturalizmin Azərbaycan milli kimliyinin tərkib hissəsi olduğu bildirilmişdir.

Bu qədim tarixi ənənələrin bu gündə davam etməsini nümayiş etdirən konfransın ikinci plenar iclasında ölkəmizin müsəlman, yəhudi və xristian icmalarının nümayəndələri çıxış etmişlər. Plenar iclasda məruzələrini təqdim edən Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin müəllimi, fəlsəfə elmləri doktoru Aqil Şirinov, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Mifodi, Avropa Yəhudilərinin Bakı dini icmasının üzvü Yevgeni Brenneysen, “Həyat Sözü” protestant icmasının başçısı Rasim Xəlilov, habelə Alban-udin xristian icmasının sədri Robert Mobili çıxışlarında Azərbaycanda dövlət-din münasibətləri sahəsində, xüsusən dini azadlıqların təminatında olduqca gözəl şəraitin yarandığını bildirmiş, dini icmaların sərbəst fəaliyyəti kimi məsələlərə xüsusi diqqət və qayğı göstərdiyini vurğulamışlar. Tədbirin bu hissəsində Azərbaycanda müxtəlif dini icmaların fəaliyyəti, qarşılıqlı əməkdaşlığı və dövlətlə münasibətləri məsələləri ətraflı müzakirə olunmuşdur.

Çıxışında Qafqazın ilk xristian icması olan tarixi Alban kilsəsinin qısa təqdimatını həyata keçirən Robert Mobili, tarixi ədalətsizlik nəticəsində Azərbaycan xalqının tarixinin bir parçası olmuş bu kilsənin ləğv edilməsi və erməni millətçiliyi tərəfindən onun irsinin dağıdılmasını qeyd etmişdir. Natiq hazırda erməni işğalı altında olan Azərbaycan torpaqlarında Alban kilsəsinin irsinə məxsus 67 dini məbədin olduğunu bildirmiş, başçılıq etdiyi icmanın tarixi Alban kilsəsinin bərpası istiqamətində fəaliyyətinə dünya ictimaiyyətinin dəstəyinə ümid bəslədiyini vurğulamışdır.

Azərbaycanda dinlərarası dialoq modelinin Avropa üçün önəm daşıdığını vurğulayan məruzəçilər və xarici iştirakçılar bu münasibətlərin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədi ilə ölkəmizdə dinlərarası dialoq və tolerantlıq mərkəzinin yaradılması təklifini irəli sürmüşlər.

Sonda məruzəçilər suallar cavablandırılmışdır.

Həmin gün axşam konfransın qonaqları Londonun “Bakı” Mədəniyyət Mərkəzində DQİDK-in dəstəyi ilə təşkil edilmiş “Azərbaycan - mənəvi ənənələr və tolerantlıq məkanı” adlı fotosərgi ilə tanış olmuşlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNƏCƏK

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO