DÜNYA
Böyük Britaniyanın Baş naziri yeni hökuməti formalaşdırmağa başlayıb
London, 11 iyun, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Tereza Mey iyunun 11-də yeni təyinatlarla hökuməti formalaşdırmağa başlayıb.
Sabiq sosial təminat naziri Damian Qrin ölkənin birinci naziri vəzifəsinə təyin edilib. Sabiq ədliyyə naziri Liz Truss isə maliyyə naziri təyin olunub. Sabiq maliyyə naziri David Qauk isə sosial təminat naziri vəzifəsinə təyinat alıb.
Ölkənin birinci naziri, eyni zamanda, Kabinet rəhbəri vəzifəsini də icra edəcək. Son seçkilərdən sonra yetərsay olmadığından bu vəzifə boş qalmışdı. Beləliklə, Damian Qrin Baş nazir vəzifə başında olmadığı vaxtlarda onun səlahiyyətlərini icra edəcək.
Biznes, enerji və sənaye strategiyası, eləcə də beynəlxalq ticarət nazirləri əvvəlki vəzifələrində qalıblar.
Kabinetdəki “Brexit” tərəfdarı üç nazir də Boris Conson ilə yanaşı, Avropa İttifaqı ilə danışıqlar aparmaq üçün əvvəlki vəzifələrində xidməti davam etdirəcək.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London