İDMAN
“Böyük dəbilqə” turnirində iştirak edəcək cüdo üzrə Azərbaycan yığmasının heyəti müəyyənləşmişdir
Bakı, 3 may (AZƏRTAC). Mayın 4-də “Sərhədçi” İdman Kompleksində (Bakı) start götürəcək “Böyük dəbilqə” turnirində cüdo üzrə Azərbaycan yığmasının heyəti müəyyənləşmişdir.
AZƏRTAC xəbər verir ki, ümumiyyətlə, turnirdə 31 ölkədən 260 atlet iştirak edəcəkdir. Bu yarış Parisdə keçirilmiş fevral yarışından sonra mövsüm ərzində “Böyük dəbilqə”nin ikinci startı olacaqdır.
Yarışda İlqar Müşkiyev, Orxan Səfərov, Vüqar Şirinli, Oruc Vəlizadə (hamısı - 60 kq), Tərlan Kərimov, Nicat Şıxəlizadə, Elvin Mustafayev, Turan Seyidov (hamısı - 66 kq), Rüstəm Orucov, Hüseyn Rəhimli, Nadir Babayev, Vüqar Bayramov (hamısı - 73 kq), Tural Səfquliyev, Rüstəm Alimli, Məmmədəli Mehdiyev, Əbdülhaqq Rəsullu (hamısı - 81 kq), Şahin Qəhrəmanlı, Şexmad Maqomedov, Ramin Qurbanov, Sain Məmmədov (hamısı - 90 kq), Elmar Qasımov, Elxan Məmmədov, Əlixan Həsənov, Rafael Şahverdiyev (hamısı - 100 kq), Emil Tahirov, Vaxtanqi Bitiyev, Andrey Fatiyev, İsa Hüseynov (hamısı + 100 kq) döyüşəcəklər.