İQTİSADİYYAT
BP 2013-2017-ci illərdə Azərbaycandakı yerli şirkətlərə 10,75 milyard dollarlıq sifariş verib
Bakı, 14 dekabr, Nihad Budaqov, AZƏRTAC
2013-2017-ci illərdə BP Azərbaycandakı yerli şirkətlərə 10,75 milyard dollarlıq sifariş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə BP-nin “2017-ci ildə Azərbaycanda davamlı inkişaf” adlı hesabatında deyilir.
“2017-ci ildə Azərbaycanda tərəfdaşlarla birgə 279 yerli şirkətlə işlədik ki, bunların 231-i kiçik və orta müəssisələr, fiziki şəxslərdir. Ötən il Azərbaycandakı birgə əməliyyatlara və layihələrə ümumilikdə 5,4 milyard dollara yaxın vəsait xərclənib. Bunun bir hissəsi kimi Azərbaycandakı yerli şirkətlərlə birbaşa xərclər təxminən 1,8 milyard dollar olub”, - deyə hesabatda bildirilir.
Hesabata görə, 2013-2017-ci illərdə isə BP Azərbaycandakı yerli şirkətlərə 10 milyard 752 milyon dollarlıq sifariş verib. Bu sifarişlərin 5 milyard 22 milyon dolları kiçik və orta müəssisələr, 4 milyard 925 milyon dolları birgə müəssisələr, 805 milyon dolları isə dövlət müəssisələri tərəfindən yerinə yetirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]