Azərbaycan Dövlət İnformasiya Agentliyi

bp şirkətinin icraçı direktoru Robert Dadlidən

Zati-aliləri, 

Doğum gününüz münasibətilə Sizə bp şirkətinin adından ən xoş arzularımı bildirmək istərdim.

Eyni zamanda, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Zati-alinizə yeni-yeni uğurlar, ölkənizə və xalqınıza rifah, tərəqqi arzu edirəm.

Bu xoş fürsətdən istifadə edərək, ölkənizdə həyata keçirdiyimiz layihələrə, əməliyyatlara dəstək verdiyiniz üçün Sizə və hökumətinizə təşəkkür etmək istərdim. Yola saldığımız ildə Sizinlə birlikdə Bakıda “Əsrin Müqaviləsi”nin 20 illiyi və “Cənub” qaz dəhlizinin təməlinin qoyulması kimi bir sıra mühüm tədbirlər həyata keçirdik. Bu tədbirlər dünya liderlərinə Azərbaycanın heyrətamiz inkişafını görmək imkanı verdi.

Azərbaycanın neft-qaz sənayesinə töhfələrinə görə bp-nin bir sıra əməkdaşlarını ali dövlət mükafatlarına layiq gördüyünüz üçün də Sizə təşəkkür edirik.

Dünyanın enerji bazarında təlatümlərin baş verdiyi bir vaxtda Sizi əmin edirəm ki, bp Azərbaycanda investisiya qoyuluşuna tam sadiq qalır, xalqınızın və regionun uzunmüddətli, hərtərəfli inkişafına bundan sonra da töhfələr verəcək.

Dərin hörmətlə,

Robert Dadli

bp şirkətinin icraçı direktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin