DÜNYA
Britaniya Hava Yollarına məxsus sərnişin təyyarəsində eniş zamanı yanğın baş verib
London, 7 iyul, AZƏRTAC
Britaniya Hava Yollarına (British Airways) məxsus sərnişin təyyarəsi eniş zamanı yanıb.
AZƏRTAC xəbər verir ki, Londondan Danimarkanın paytaxtı Kopenhagenə uçan təyyarə enərkən alovlanıb. Danimarka rəsmiləri təyyarənin Kopenhagen hava limanında mühərriklərdən birində baş verən yanğın səbəbindən alovlandığını açıqlayıb.
Danimarka polisi sərnişin təyyarəsinin təxliyə edildiyini, bütün sərnişinlərin və ekipaj üzvlərinin heç bir xəsarət almadan “Airbus A320-232”dən çıxarıldığını bildirib.
Baş verən yanğından sonra təyyarənin Londona dönüşü ləğv edilib.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]