Britaniyada Xocalı həftəsi davam edir
London, 25 fevral (AZƏRTAC). Britaniyanın Aberdin Universitetində fəaliyyət göstərən Azərbaycan cəmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş nümayiş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, nümayişdə Xocalı həqiqətlərini özündə əks etdirən plakatlar və posterlər təqdim olunmuş, “Xocalıya ədalət”, “Qarabağa sülh” şüarları səsləndirilmişdir. Xocalı soyqırımı haqqında məlumat kitabçaları, broşürlər tədbir iştirakçıları tərəfindən yerli sakinlərə paylanmış, habelə, maraqlanan şəxslər Xocalı soyqırımının tanınması üçün Böyük Britaniya Parlamentinə petisiya imzalamağa dəvət olunmuşlar.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London