DÜNYA
Britaniyanın Bristol şəhəri sentyabrda öz valyutasını tətbiq edəcəkdir
Bakı, 17 avqust (AZƏRTAC). Britaniyanın Bristol şəhəri valyutasını tətbiq etmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, şəhər hakimiyyəti Avropada yaşanan borc böhranın verəcəyi fəsadlardan olduqca ehtiyat edir. Vahid Britaniya valyutası olan funt sterlinqə yeni valyuta Bristol funtu adlanacaqdır. Valyuta dövriyyəyə 2012-ci ilin sentyabrında çıxarılacaqdır.
Bristol funtu dəyər baxımından adi Britaniya funtuna bərabər olacaqdır. Dövriyyə 1, 5, 10 və 20 nominal dəyəri olan əsginazların buraxılması planlaşdırılır. Banknotların unikal dizaynı, onları saxta əsginazlardan fərqləndirəcək və qoruyacaq xüsusi gizli nişanları olacaqdır.
Yüzlərlə yerli şirkət Bristol funtlarını ödəniş vasitəsi kimi qəbul etmək öhdəliyini artıq öz üzərilərinə götürmüşlər. İş adamları və sakinlər vergiləri də yerli valyuta ilə ödəyə biləcəklər. Yerli administrasiya isə özünün 17 min nəfərdən ibarət əməkdaş heyətinə əməkhaqqını yeni Bristol funtu ilə ödəmək niyyətindədir.