Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiahdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-aliləri.

Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Respublikası Hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunam.

Bruney-Darüssalam ilə Azərbaycan Respublikası arasında otuz ildən artıqdır mövcud olan səmimi dostluq münasibətlərini çox yüksək qiymətləndirirəm. Ölkələrimizin bu mühüm əlaqələrinin həm ikitərəfli əsasda, həm də beynəlxalq səviyyədə, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində daha da inkişaf edəcəyinə ümidvaram.

Allah-taala Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah nəsib etsin.

Vəssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

 

Hacı Həssənal Bolkiah

Bruney-Darüssalamın Sultanı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin