DÜNYA
Bu il Gürcüstanda cinayətkarlıq 60 faiz artıb
Tbilisi, 5 dekabr, AZƏRTAC
Cari ilin yanvar-noyabr aylarında Gürcüstanda 49 min cinayət faktı qeydə alınıb.
AZƏRTAC ölkənin Daxili İşlər Nazirliyinə (DİN) istinadla xəbər verir ki, bu göstərici 2017-ci ilin eyni dövrü ilə müqayisədə 60 faiz çoxdur.
DİN-in məlumatına görə, 2017-ci ilin 11 ayında (yanvar-noyabr) 30 min 600 cinayət faktı qeydə alınıb.
Bununla yanaşı, 2018-ci ildə qeydə alınmış cinayətlərin üstünün açılması faktları da azalıb. Belə ki, 2017-ci ildə qeydə alınmış cinayətlərin 53,56 faizinin üstünün açıldığı halda, cari ildə qeydə alınmış cinayətlərin 35,29 faizinin üstü açılıb. Bu da ötən ildəkindən təqribən 20 faiz azdır.
Cari ildə qeydə alınmış cinayətlər əsasən oğurluq, insanları özünü öldürmə həddinə çatdırma, ailə zorakılığı, narkotik vasitələrin saxlanılması, istifadəsi, satışı və s sahələrlə əlaqəli olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]
Suriyada İŞİD-in hücumu nəticəsində 17 hərbçi həlak olub
- 03.05.2024 [15:47]
Pakistanda avtobus qəzasında ölənlərin sayı 20 nəfərə çatıb
- 03.05.2024 [15:16]
Milanda içki satışına bəzi qadağalar qoyulub
- 03.05.2024 [15:03]
Vyetnamda qidadan 487 nəfər zəhərlənib
- 03.05.2024 [15:01]
Çin Ayın görünməyən tərəfinə kosmik missiyaya start verib
- 03.05.2024 [14:40]
İndoneziyada torpaq sürüşməsi və sel 7 nəfərin həyatına son qoyub
- 03.05.2024 [14:24]