REGİONLAR
Bu il Qəbələnin üzüm bağlarından 2465 ton məhsul yığılıb
Qəbələ, 18 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ rayonunun təsərrüfatlarında üzüm yığımı başa çatıb. Torpaq mülkiyyətçiləri builki mövsümdə üzüm bağlarından 2 min 465 ton məhsul tədarük ediblər. Hər hektar üzüm bağından orta hesabla 58,6 sentner məhsul götürülüb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Elimdar Şərifov məlumat verib.
Sektor müdiri bildirib ki, son illər rayonda üzümçülüyün inkişaf etdirilməsi istiqamətində fiziki və hüquqi şəxslər tərəfindən davamlı işlər görülür. Belə ki, son üç ildə fermerlər tərəfindən rayon ərazisində 17 hektar sahədə yeni üzüm bağları salınıb. Hazırda Qəbələ rayonunda 421 hektar barverən üzüm bağı var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]