Bu saata olan əsas xəbərlər
AZƏRTAC bu gün saat 20:00-dək olan əsas xəbərləri təqdim edir:
Bakı, 15 may, AZƏRTAC
Prezident İlham Əliyev Qazaxıstana işgüzar səfərə gəlib.
Prezident İlham Əliyev və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türküstanda bir sıra mədəni məkanlarla tanış olublar.
Prezident İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib.
Prezident İlham Əliyev və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimində iştirak ediblər.
WUF13 çərçivəsində Türk Dövlətləri Təşkilatının şəhərsalma üzrə yüksəksəviyyəli dialoqu təşkil ediləcək.
İyun ayında Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən Türk dünyası həftəsi keçiriləcək.
Azərbaycan Prezidenti: Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır.
Rusiya ilə Ukrayna arasında hərbi əsir mübadiləsi aparılıb.
Sabah bəzi yerlərdə hava yağıntılı olacaq.
“Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalında Azərbaycan bəstəkarlarının əsərləri səslənib.
Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunacaq.
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 13 faiz artıb.
Binəqədi rayonunun bəzi ərazilərində əhaliyə su fasiləsiz veriləcək.
Şükürbəyli kəndində daha 107 ailəyə evlərinin açarları təqdim olunub.
Böyük Qayıdış davam edir: daha 5 ailə Zəngilan şəhərində məskunlaşdı.
Ukrayna dronları Rusiya ordusuna məxsus təyyarəni, helikopteri və gəmini vurub.
Mədəniyyət naziri: Əsgəranda Silah Muzeyi yaradılır.
Aprelin 19-da keçirilmiş imtahanların nəticələri açıqlanıb.
İşğaldan azad olunan Cəbrayılda 150 çarpayılıq xəstəxana inşa edilir.
Çin Lideri Si Cinpin ABŞ-yə səfər edəcək.