Rusiya ilə Ukrayna arasında hərbi əsir mübadiləsi aparılıb
Moskva, 15 may, AZƏRTAC
Rusiya və Ukrayna “205-ə 205” formulu çərçivəsində hərbi əsir mübadiləsi aparıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib. Məlumata görə, mayın 15-də Ukraynadan 205 rus hərbçisi qaytarılıb. Mübadilə zamanı isə 205 ukraynalı hərbi əsir Ukrayna tərəfinə təhvil verilib.
Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, geri qaytarılan hərbçilər hazırda Belarus Respublikasındadırlar. Onlar lazımi psixoloji və tibbi yardım alırlar.
Rusiya Müdafiə Nazirliyi, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Ukrayna əsirliyindən rus hərbçilərinin qaytarılması üçün humanitar vasitəçilik səyləri göstərdiyini bildirib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [23:28]
Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]