Bu saata olan əsas xəbərlər
AZƏRTAC bu gün saat 20:00-dək olan əsas xəbərləri təqdim edir:
Bakı, 21 may, AZƏRTAC
Prezident İlham Əliyevlə Fransa Prezidenti arasında telefon danışığı olub.
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib.
Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Misir Prezidenti Əbdülfəttah əs-Sisi Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlz Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bu gündən qabiliyyət imtahanlarına qeydiyyat başlanır.
Leyla Əliyeva Esvatini Kralı III Msvati ilə görüşüb.
WUF13-də iştirak edənlərin sayı açıqlanıb.
WUF13: Xarici media nümayəndələri Şamaxıya səfər edib.
Şükürbəyli kəndində daha 39 ailəyə evlərinin açarları təqdim olunub.
WUF13-də Azərbaycanın şəhərsalma təcrübəsi və azad edilmiş ərazilərdə yenidənqurma modeli təqdim edilib.
Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək.
Şuşada bu il 15 abidədə konservasiya işlərinə başlanacaq.
Gözlərdəki qürur, sona çatan 30 illik həsrət - Şükürbəyli sakinləri sevinclərini AZƏRTAC-la bölüşüblər.
Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi “EFES – 2026” təlimində “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.
Bakı-Tbilisi marşrutunda bütün siniflər üzrə minimal tariflər açıqlanıb.
Baş Qərvənd kəndinə ilk köçün bu il həyata keçirilməsi gözlənilir.
Azərbaycan ilə BMT arasında əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri nəzərdən keçirilib.
WUF13: “BMT-nin 2026-cı il Su Konfransı Şəhər mənzillərinin yol xəritəsi” adlı sessiya təşkil olunub.
Dünya mediası: Azərbaycan WUF13 vasitəsilə inkişaf etməkdə olan ölkələrin səsini dünyaya çatdırır.