WUF13: Xarici media nümayəndələri Şamaxıda səfərdədir
Şamaxı, 21 may, AZƏRTAC
Mayın 17-22-də keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) çərçivəsində ölkəmizə səfər edən xarici media nümayəndələri üçün Medianın İnkişafı Agentliyi və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Şamaxıya mediatur təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər çərçivəsində xarici jurnalistlər Azərbaycanın qədim tarixini və zəngin mədəni irsini əks etdirən məkanlara baş çəkəcəklər.
Müxbir - Rəşad Türkoğlu