Bu saata olan əsas xəbərlər
AZƏRTAC bu gün saat 20:00-dək olan əsas xəbərləri təqdim edir:
Bakı, 22 iyun, AZƏRTAC
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub.
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub.
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.
Ötən həftə 113 mina və 514 partlamamış digər hərbi sursat zərərsizləşdirilib.
TAP vasitəsilə bu vaxtadək Avropaya 59,2 milyard kubmetrdən çox Azərbaycan təbii qazı nəql edilib.
Böyük Britaniyanın Baş naziri istefa verib.
Bəzi çimərliklərdən istifadə müvəqqəti məhdudlaşdırılıb.
Azərbaycanın pambıq iplik ixracı 2 dəfədən çox artıb.
Türkmənistan Prezidenti Zəfər parkını ziyarət edib.
Türkmənistan Prezidenti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.
Şükürbəyli kəndində daha 20 ailəyə evlərinin açarları təqdim olunub.
Azərbaycan istehsalı olan “Dostlug” tankerinin açılışı baş tutub.
Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib.
İordaniya Haşimilər Krallığının Nümayəndələr Palatasının sədri Milli Məclisdə olub.
Bakı İƏT Parlament İttifaqı Konfransının 20-ci Sessiyasına ev sahibliyi edir.
Baş nazir Əli Əsədov İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşüb.
Avropa Şurasının Bakı ofisinin rəhbəri Xarici İşlər Nazirliyinə çağırılıb.