Azərbaycanın pambıq iplik ixracı 2 dəfədən çox artıb
Bakı, 22 iyun, AZƏRTAC
2026-cı ilin yanvar-may aylarında ölkədən 10 459,98 ton pambıq iplik ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, ixrac edilən pambıq ipliyin dəyəri 2,3 dəfə artaraq 23 milyon 241,04 min dollar olub.
Xatırladaq ki, 2025-ci ilin yanvar-may aylarında Azərbaycandan 9 milyon 897,31 min dollar dəyərində yəni, 4 081,61 ton pambıq iplik ixrac edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [16:26]
Misin qiyməti rekord göstəriciyə çatır
- 22.09.2026 [15:42]