Azərbaycandan Tunisə xam neft ixracının dəyəri 2,6 dəfə artıb – QRAFİK
Bakı, 22 sentyabr, AZƏRTAC
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Tunisə 429 min 376,15 ton xam neft ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə və ya 242 min 377,62 ton artım deməkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
İxrac olunan xam neftin dəyəri 266 milyon 294,27 min dollar təşkil edib ki, bu da illik müqayisədə 2,6 dəfə və ya 163 milyon 992,11 min dollar çoxdur.
Səkkiz ayda Tunisə ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 2,93 faiz olub.

Hesabat dövrü ərzində gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan xam neftə dair məlumatlar nəzərə alınmaqla Azərbaycandan dəyəri 9 milyard 281 milyon 893,55 min dollar olan 14 milyon 677 min 951,6 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edilib.

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [13:09]
® “Express Experience” Yay Təcrübə Proqramı – Uğurla başa çatıb
- 22.09.2026 [13:06]
® “Azercell“ə layihə təklifi göndərmək üçün son 8 gün
- 22.09.2026 [13:00]
“4Sİ Akademiyası” tərəfdaşları ilə gələcəyin əmək bazarı nəzərdən keçirilib
- 22.09.2026 [12:09]