“Real Madrid”in kapitanı 2 həftə oynaya bilməyəcək
Bakı, 22 sentyabr, AZƏRTAC
İspaniyanın “Real Madrid” klubunun zədəli futbolçusu Federiko Valverdenin durumuna aydınlıq gəlib.
AZƏRTAC Madrid klubunun rəsmi saytına istinadən xəbər verir ki, La Liqanın VII turunun “Atletiko Madrid” ilə oyununda (1:2) zədələnən uruqvaylı yarımmüdafiəçiyə sol topuq bağlarının üçüncü dərəcəli dartılması diaqnozu qoyulub. Klub Valverdenin bərpa prosesinin gedişatının izləniləcəyini bildirib.
İspaniya mətbuatında yer alan məlumatlara əsasən, komandanın kapitanının təxminən 2 həftə ərzində komandanın məşqlərinə qayıtması gözlənilir. Bu halda Valverde milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədən sonra “Vilyarreal”a qarşı keçiriləcək görüşdə meydana çıxa bilər. O, Uruqvay millisinin qarşıdakı oyunlarında iştirak etməyəcək.
Qeyd edək ki, Federiko Valverde “Atletiko” ilə qarşılaşmada rəqib futbolçu Li Kanq İnin sərt müdaxiləsindən sonra zədələnib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [15:57]
Kipr klubunun azərbaycanlı futbolçusu zədəsini tam sağaldıb
- 22.09.2026 [15:08]
Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib
- 22.09.2026 [15:04]
Azərbaycan klubu litvalı basketbolçu transfer edib
- 22.09.2026 [13:53]
Formula 1 eksperti: Bakı şəhər trası səhvləri bağışlamır
- 22.09.2026 [13:47]
Norveçli tanınmış atlet dağdan yıxılaraq həlak olub
- 22.09.2026 [13:42]