® “Bir”dən mikrosahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verilib
Qafqazın rəqəmsal platformaları özündə birləşdirən ilk tam inteqrasiya olunmuş bankçılıq, ödəniş və e-ticarət ekosistemi olan “Bir” mikrosahibkarlığın və inklüziv iqtisadiyyatın dəstəklənməsinə yönəlmiş “Biznesdə birlikdə” layihəsini elan edir.
Proqramın məqsədi inkişaf üçün əlavə dəstəyə ehtiyac duyan mikrosahibkarlar üçün bərabər imkanlar yaratmaq və onların rəqəmsal iqtisadiyyata qoşulmasına dəstək olmaqdır. İqtisadi inklüzivliyə dəstək məqsədilə proqramda biznes resurslarına və şəbəkələrinə çıxışı məhdud olan qruplara (şəhid ailələrinin üzvlərinə, fiziki imkanları məhdud şəxslərə, təqaüdçülərə), qadınlara və gənc sahibkarlara xüsusi prioritet veriləcək.
Proqram həm biznesə yeni başlamaq istəyənlər, həm də mövcud biznesini böyütmək istəyənlər üçün müxtəlif güzəştlər təqdim edir. İştirakçılar “Bir” ekosisteminin “Birbank”, “Birmarket”, “m10” və “Milliön” kimi rəqəmsal platformalarından istifadə edərək bankçılıq, ödəniş, e-ticarət və rəqəmsal xidmətlərdən xüsusi şərtlərlə yararlana biləcəklər. Bu proqram ideyanı real biznesə, biznesi isə dayanıqlı gəlirə çevirmək istəyən sahibkarlar üçün əlverişli bir fürsətdir.
Proqram çərçivəsində iştirakçılara təlim və sessiyalar, güzəştli məhsul və xidmətlər, satışların stimullaşdırılmasında dəstək, bankçılıq və maliyyə dəstəyi, eləcə də biznesin inkişafı və geniş bazara çıxış imkanları kimi istiqamətlərdə dəstək göstəriləcək. Layihə çərçivəsində təqdim olunan güzəştlərdən yararlanan sahibkarların “Birmarket” platformasına qoşulması nəzərdə tutulur. Bu, onlara həm geniş müştəri bazasına çıxış, həm də satışlarını rəqəmsal məkanda inkişaf etdirmək imkanı yaradacaq.
Proqramın şərtləri, təqdim edilən güzəştlər, iştirak meyarları və qeydiyyatdan keçmək üçün link: https://bir.az/az/biznesde-birlikde
“Bir” Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – “Birbank” rəqəmsal mobil bankçılıq tətbiqi, “Birmarket” e-ticarət platforması, “Milliön” ödəniş terminalları və “m10” rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də “Trendyol Azərbaycan” və “BakıKart”la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində “Bir” Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Daha ətraflı: bir.az