Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
Astana, 22 sentyabr, AZƏRTAC
Prezident Kasım-Jomart Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib.
AZƏRTAC Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, dövlət başçısı bu barədə müvafiq sənəd imzalayıb.
Qazaxıstan Xalq Şurası ölkə xalqının maraqlarını təmsil edən ali konstitusion orqandır. Onun tərkibinə etnomədəni birliklərin 42, ictimai təşkilatlar və başqa qeyri-kommersiya təşkilatlarının 42, habelə ölkə paytaxtının, vilayətlərin və respublika əhəmiyyətli şəhərlərin məşvərətçi və ictimai şuralarının 42 nümayəndəsi olmaqla Qazaxıstan vətəndaşları daxildirlər.
Konstitusiya qanunu ilə nəzərdə tutulan istisnalarla Şuranın səlahiyyət müddəti dörd ildir.
Qazaxıstan Xalq Şurası dövlətin daxili siyasəti ilə bağlı əsas istiqamətlər üzrə təkliflər və tövsiyələr hazırlayır, parlamentə qanun layihələrini təqdim edir və ümumxalq referendumunun təyin olunması təşəbbüsünü irəli sürür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
- 22.09.2026 [12:03]
Fransada gənclər etiraz aksiyalarına hazırlaşırlar
- 22.09.2026 [11:48]
Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək
- 22.09.2026 [11:28]
Moldovada Dnestrin dayazlaşması fonunda fövqəladə vəziyyət elan edilə bilər
- 22.09.2026 [11:20]