Makron Zelenski ilə görüşdən sonra Ukraynaya yeni dəstək tədbirlərini açıqlayıb
Paris, 22 sentyabr, AZƏRTAC
Fransa Prezidenti Emmanuel Makron Nyu-Yorkda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi üçün yeni tədbirlər açıqlayıb. Makron bildirib ki, Fransa Ukraynanın qarşıdan gələn qış dövrünə hazırlıq görməsinə dəstək verəcək.
AZƏRTAC xəbər verir ki, bu haqda Fransa Prezidenti sosial şəbəkədə yazıb. Bildirib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələri milyonlarla ailənin istilik və elektrik enerjisindən məhrum qalması təhlükəsini yaradır. O, bu məsələdə Fransanın və G7-nin Ukraynaya dəstək verəcəyini deyib.
Makron Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi çərçivəsində radarların tədarükü üzrə müqavilənin imzalanacağını, həmçinin raketlərin veriləcəyini açıqlayıb. Fransa və İtaliya daha əvvəl də Ukraynaya SAMP/T sistemləri, radarlar və “Aster 30” raketlərinin tədarükü ilə bağlı planlarını açıqlamışdı.
Makron, həmçinin ABŞ Prezidenti Donald Trampla Ukraynaya əlavə müdafiə dəstəyi məsələsini müzakirə etdiyini bildirib. Tərəflər enerji obyektlərinə zərbələrin dayandırılması və Qara dənizdə moratorium perspektivini də nəzərdən keçiriblər.
Fransa Prezidenti qeyd edib ki, bu məsələlər davam etdirilməsi nəzərdə tutulan danışıqların gündəliyində olacaq və məqsəd ədalətli və davamlı sülhə nail olmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [12:03]
Fransada gənclər etiraz aksiyalarına hazırlaşırlar
- 22.09.2026 [11:48]
Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək
- 22.09.2026 [11:28]
Moldovada Dnestrin dayazlaşması fonunda fövqəladə vəziyyət elan edilə bilər
- 22.09.2026 [11:20]
Sudanda 5 milyondan çox məcburi köçkün evlərinə qayıdıb
- 22.09.2026 [10:59]
Kuybışevdə neftayırma zavodu dron hücumuna məruz qalıb
- 22.09.2026 [10:30]
Türkiyə Prezidenti BMT TŞ daimi üzvlərinin veto hüququnu ləğv etməyə çağırıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
ABŞ-də iki böyük hava limanında uçuşlar dayandırılıb
- 21.09.2026 [23:54]
Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq
- 21.09.2026 [23:28]
Saatlıda regionlarda kibertəhlükəsizlik məsələləri müzakirə olunub
- 21.09.2026 [22:50]
Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır
- 21.09.2026 [22:16]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [21:54]
"Turan Tovuz"–"Fənərbağça" matçının biletləri satışa çıxarılır
- 21.09.2026 [21:39]
Azərbaycan cüdoçuları dünya çempionatında daha 3 medal qazanıblar
- 21.09.2026 [21:36]
Bu saata olan əsas xəbərlər
- 21.09.2026 [20:00]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [19:23]