Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar
Bakı, 12 oktyabr, AZƏRTAC
Oktyabrın 6-dan 11-dək İordaniyanın paytaxtı Əmmanda güləş üzrə veteranlar arasında dünya çempionatı keçirilib.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, mundialda 3 idmançımız fəxri kürsüyə qalxıb.
Yunan-Roma güləşində Fikrət Bağırov (70 kiloqram) və Elgiz Məmmədov (100 kiloqram), sərbəst güləşdə isə Elçin Həsənov (70 kiloqram) gümüş medal qazanıblar.
Mundialda Azərbaycanı 4 hakim təmsil edib. I dərəcəli beynəlxalq hakim Elman İsmayılov əsasən xalça rəhbəri kimi görüşlərin idarəçiliyində əsas söz sahibi olub. Milli dərəcəli referilər Əfqan Həbibov, Çinarə Cəfərova və Rəşad Abdulov isə daha çox xalçada orta hakim funksiyasını yerinə yetiriblər.
Onlar, həmçinin beynəlxalq kateqoriya almaq üçün keçirilən imtahanlarda iştirak ediblər. İmtahanın nəticələri 2026-cı ilin sonunadək açıqlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:58]
Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub
- 12.10.2026 [15:09]
Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb
- 12.10.2026 [15:03]
Azərbaycanın voleybol millisi Türkiyə toplanışını başa vurub
- 12.10.2026 [14:43]
Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib
- 12.10.2026 [14:27]
Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub
- 12.10.2026 [14:05]