Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi axşamı
Bakı, 12 oktyabr, AZƏRTAC
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi sənətinin parlaq nümunələrini özündə birləşdirən növbəti konsert proqramı təqdim olunub.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, konsertdə dirijor Murtuza Bülbülün rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib.
Gecənin xüsusi qonağı qismində Rusiyadan dəvət olunmuş pianoçu Elsi Varando dinləyicilərə yüksək peşəkarlıq və bədii ifadə gücü ilə seçilən ifa təqdim edib.
Konsert proqramında S.Prokofyevin fortepiano və orkestr üçün 3-cü konserti və S.Raxmaninovun “Simfonik rəqslər” əsərləri səsləndirilib.