Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik
Bakı, 12 oktyabr, AZƏRTAC
Uşaq futbolunun inkişafı üçün əsas məqsəd statistik göstəriciləri artırmaq deyil, həqiqi futbolçular yetişdirmək olmalıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Futbol Federasiyasının prezidenti Tahir Süleymanov AFFA-nın aşağı yaş qrupları üzrə yeni “match.affa.az” saytının və “AFFA.istedadlar” sosial media layihəsinin təqdimat mərasimində deyib.
Tədbirin əhəmiyyətini yüksək qiymətləndirən və uşaq futboluna göstərilən diqqəti müsbət hal kimi dəyərləndirən mütəxəssis yeni layihə barədə danışıb: "Azərbaycan futbolunun gələcək inkişafını arzulayır və bunun üçün çalışırıq. Xatırladaq ki, ötən dövrlərdə sənədlərdə 200 min nəfərə yaxın uşağın futbolçu kimi qeydiyyata alınması halları mövcud idi. Əsas məqsədimiz və istəyimiz odur ki, yaxın illərdə rəsmi siyahılarda formal göstəriciləri deyil, məhz meydandakı real futbolçuları və onların nəticələrini izləyə bilək”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [12:54]
Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb
- 12.10.2026 [12:13]
Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır
- 12.10.2026 [11:55]
“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb
- 12.10.2026 [11:41]
Baş katib: Uşaq futbolunun inkişafı üçün vacib addımlar atılır
- 12.10.2026 [11:31]
AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib
- 12.10.2026 [10:47]
Montella Türkiyə millisindən ayrılması ilə bağlı təsirli paylaşım edib
- 12.10.2026 [10:17]