AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib
Bakı, 12 oktyabr, AZƏRTAC
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) yeni “match.affa.az” saytı və “@AFFA.istedadlar” sosial media layihələri ictimaiyyətə təqdim olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə AFFA-nın həyata keçirdiyi rəqəmsal platformalar və gənc futbolçuların inkişafı istiqamətində görülən işlər barədə hesabat verilib.
Daha sonra layihələrlə bağlı videoçarx nümayiş olunub.
AFFA-nın baş katibi Cahangir Fərəcullayev Azərbaycanda təşkil olunacaq 15 yaşadək futbolçular arasında dünya çempionatı üçün 10 meydançanın istifadəyə veriləcəyini deyib.
Qurum rəsmisi təqdim olunan rəqəmsal platformaların uşaqların futbola marağının artırılmasına təsir göstərəcəyini qeyd edib.
Qeyd edək ki, “match.affa.az” saytında gənclər futbolu, yarışlar və inkişaf mövzularında məqalələr yayımlanacaq. Platforma vasitəsilə, həmçinin AFFA-nın aşağı yaş qrupları üzrə təşkil etdiyi çempionatlar haqqında məlumat əldə etmək mümkün olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [13:07]
Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar
- 12.10.2026 [12:54]
Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb
- 12.10.2026 [12:13]
Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır
- 12.10.2026 [12:07]
Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik
- 12.10.2026 [11:55]
“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb
- 12.10.2026 [11:41]
Baş katib: Uşaq futbolunun inkişafı üçün vacib addımlar atılır
- 12.10.2026 [10:47]