Beynəlxalq Enerji Agentliyi ölkələri dizel ehtiyatlarını daha tez istifadə etməyə çağırıb
Bakı, 12 oktyabr, AZƏRTAC
Beynəlxalq Enerji Agentliyi (IEA) qlobal bazarlarda artan təchizat məhdudiyyətlərinə cavab olaraq üzv dövlətləri götürdükləri öhdəlik üzrə strateji dizel ehtiyatları daha tez istifadə etməyə və əlavə istifadəni də qiymətləndirməyə çağırıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, agentliyin icraçı direktoru Fatih Birol oktyabrın 15-də keçiriləcək İdarə Heyətinin iclasından əvvəl verdiyi açıqlamada, mart ayında qəbul edilmiş birgə fəaliyyət planı çərçivəsində öhdəliklərini hələ də yerinə yetirməyən ölkələri mümkün qədər tez hərəkətə keçməyə və dizel tədarükünə prioritet verməyə səsləyib.
O bildirib ki, öhdəliklərini yerinə yetirən ölkələr isə əlavə dizel istifadəsininin lazım olub-olmadığını, miqdarını və vaxtını da qiymətləndirməlidir. Səudiyyə Ərəbistanında neft və enerji infrastrukturuna edilən hücumların yenidən artmasına diqqət çəkən Birol üzv dövlətlər arasında enerji təhlükəsizliyi və iqtisadi sabitlik üçün əməkdaşlığın vacibliyini vurğulayıb.
Qeyd edək ki, G7 ölkələri bu ay strateji ehtiyatlardan 100 milyon barelə qədər xam neft və dizel yanacağı istifadə etmək barədə razılığa gəlib. Həmçinin IEA-ya üzv 32 mart ayında strateji neft ehtiyatlarından 400 milyon barel istifadə etmək qərar verib. Bu, tarixində ehtiyatlardan ən böyük istifadə idi.