“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb
Bakı, 12 oktyabr, AZƏRTAC
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Türkiyədə “Qalatasaray” və İspaniyanın “Barselona” komandası arasında keçiriləcək matçla bağlı qara bazarda bilet satışına qarşı əməliyyat keçirilib.
AZƏRTAC Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul Polis İdarəsinin İdman Təhlükəsizliyi Şöbəsinin əməkdaşları İstanbul Baş Prokurorluğunun koordinasiyası ilə araşdırmaya başlayıblar. Araşdırma zamanı şübhəlilərin şəxsiyyəti və ünvanları müəyyən edilib. Nəticədə 9 şübhəli saxlanılıb və dindirilmək üçün polis idarəsinə aparılıblar.
Qeyd edək ki, oktyabrın 13-də İstanbulda yerləşən “RAMS Park” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [12:13]
Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır
- 12.10.2026 [12:07]
Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik
- 12.10.2026 [11:41]
Baş katib: Uşaq futbolunun inkişafı üçün vacib addımlar atılır
- 12.10.2026 [11:31]
AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib
- 12.10.2026 [10:47]
Montella Türkiyə millisindən ayrılması ilə bağlı təsirli paylaşım edib
- 12.10.2026 [10:17]
Dağ velosipedi üzrə ölkə kubokunun 3-cü mərhələsinin qalibləri bəlli olub
- 11.10.2026 [21:37]