Mənsum İbrahimov: Məktəblərdə vahid geyim formasının tətbiqi vacibdir
Bakı, 12 oktyabr, AZƏRTAC
Məktəblərdə vahid geyim formasının tətbiqini vacib hesab edirəm. Düşünürəm ki, bu, şagirdlər arasında bərabərliyin qorunmasına, onların geyimlərinə görə fərqləndirilməməsinə və məktəbdə nizam-intizamın təmin olunmasına kömək edir.
Bunu AZƏRTAC-a açıqlamasında Xalq artisti Mənsum İbrahimov bildirib.
O qeyd edib ki, məktəbli forması uşaqlarda məktəbə və təhsilə məsuliyyətli münasibətin formalaşmasına da müsbət təsir göstərir. Məktəbə gələn hər bir şagirdin əsas məqsədi bilik qazanmaq, savadlı olmaq və gələcəkdə cəmiyyətə faydalı bir insan kimi yetişməkdir.
Müxbir – Gülay Nəzərova
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [12:28]
Azərbaycanda dünyəvi təhsil: tarixi köklər və müasir prinsiplər
- 12.10.2026 [12:17]