Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb
Bakı, 12 oktyabr, AZƏRTAC
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 157 milyon 192,1 min manat əlavə dəyər vergisi (ƏDV) qaytarılıb.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, geri qaytarılan məbləğ pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınan mallara, eləcə də teatr tamaşaları, film nümayişləri, muzey ziyarətləri, simfonik orkestr konsertləri və tibbi xidmətlərə görə ödənilmiş ƏDV-ni əhatə edir. Həmçinin işğaldan azad edilmiş ərazilərdə yerləşən mehmanxanaların gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV də bu məbləğə daxildir.
Layihə çərçivəsində neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarının alınmasına görə ödənilmiş ƏDV istisna təşkil edir.
Bundan başqa, yanvar-sentyabr aylarında xarici vətəndaşların Azərbaycanda fərdi istehlak məqsədilə aldıqları mallara görə “Tax Free” sistemi vasitəsilə dövlət büdcəsindən 7 milyon 319,2 min manat ƏDV qaytarılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [13:20]
Avropada qazın qiyməti həftəyə artımla başlayıb
- 12.10.2026 [12:45]
“Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramı başlayır
- 12.10.2026 [12:09]
“Goldman Sachs” “Brent”in qiymətinə dair proqnozunu artırıb
- 12.10.2026 [11:40]
Muzdla çalışanların orta aylıq əməkhaqqı 1173 manat olub
- 12.10.2026 [11:37]
Enerji Məsələlərini Tənzimləmə Agentliyi üçüncü rübün nəticələrini açıqlayıb
- 12.10.2026 [11:10]
Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilir
- 12.10.2026 [11:05]