Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib
Bakı, 12 oktyabr, AZƏRTAC
Azərbaycanda rəsmi səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Manet oktyabrın 12-də Bakıda Zəfər parkını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Kamboca Krallığının Baş naziri parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.
Müxbir - Səbinə Əlizadə
Fotoqraf - Orxan Kərimov