Doqquz ayda 620 dövlət standartı qəbul edilib
Bakı, 12 oktyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Sandartlaşdırma İnstitutu (AZSTAND) 620 yeni dövlət standartı qəbul edib.
AZƏRTAC AZSTAND-a istinadən xəbər verir ki, dövlət standartının 62-si qida texnologiyası və kənd təsərrüfatı, 92-si nəqliyyat, 32-si uşaq malları, 5-i sənədləşdirmə və nəşriyyat, 19-u energetika (istilik mübadiləsi sistemləri) və elektrotexnika, 11-i idarəetmə və keyfiyyət, 43-ü mebel, 4-ü hidravlik sistemlər və ümumi istifadə üçün komponentlər, 42-si neft-qaz, kimya və əlaqəli texnologiya, 15-i bina qurğuları, 3-ü zərgərlik, 8-i turizm, 36-sı əməyin təhlükəsizliyi, 38-si tekstil və dəri texnologiyası, 39-u maşınqayırma, 7-si istehlak malları, 7-si metrologiya, ölçmə sistemləri və cihazlar, 24-ü tikinti materialları, 23-ü informasiya və telekommunikasiya, 71-i istehsal mühəndisliyi, 21-i məişət və ticarət avadanlıqları, 18-i yanğından, partlayışdan və digər təhlükələrdən qorunma, bağlı olub.
Hesabat dövründə, eyni zamanda, 28 dövlət standartı üzrə dövri yoxlanılma aparılıb və ya dəyişikliklər edilib, 27 dövlət standartı isə ləğv olunub. Bundan başqa, sahibkarların müraciəti əsasında 96 texniki şərt ekspertiza edilərək qeydiyyata alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:32]
Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik
- 12.10.2026 [18:31]
Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb
- 12.10.2026 [18:27]
Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb
- 12.10.2026 [18:24]
AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
- 12.10.2026 [17:28]
Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb
- 12.10.2026 [17:03]