Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək
Tbilisi, 12 oktyabr, AZƏRTAC
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Vyetnam Sosialist Respublikasının vitse-prezidenti Vo Thi Anh Suan ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Gürcüstanın Hökumət Administrasiyasından məlumat verilib.
Görüşdə Gürcüstan ilə Vyetnam arasındakı münasibətlər və müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub.
Vitse-prezidentin Gürcüstana səfərinin ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi baxımından əhəmiyyəti vurğulanıb, Vyetnamda Gürcüstan səfirliyinin açılmasının bu prosesdə mühüm addım olacağı qeyd edilib.
Görüşdə Gürcüstanın strateji mövqeyinə və Avropa ilə Asiyanı birləşdirən Orta Dəhlizin roluna diqqət yetirilib. Bildirilib ki, bu dəhliz Gürcüstan və Vyetnam arasında əlaqələri gücləndirmək üçün yeni imkanlar yaradır. Qeyd olunub ki, Orta Dəhliz Vyetnamın sosial-iqtisadi, ticari əlaqələrinin inkişafında mühüm rol oynaya bilər. Vyetnam tərəfi bu layihənin əhəmiyyətini vurğulayıb və dəhliz üzrə əməkdaşlıq məsələlərinin nəzərdən keçiriləcəyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [15:48]