Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
Berlin, 12 oktyarbr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Çindən hibrid avtomobillərin idxalına illik 350 min ədəd həcmində məhdudiyyət tətbiq etməyi planlaşdırır.
AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, ilk il üçün nəzərdə tutulan kvota sonrakı illərdə 6 faiz artırılacaq, 4 ildən sonra isə məhdudiyyət qüvvədən düşəcək.
Məlumata əsasən, Aİ 2024-cü ildə Çindən idxal olunan elektromobillərə əlavə rüsumlar tətbiq etdikdən sonra Çin istehsalı olan “plag-in” hibrid avtomobillərin Avropaya ixracı artıb.
Avropa Komissiyasının qiymətləndirməsinə görə, onların sayının cari ildə təxminən 800 minə çatacağı gözlənilir. Aİ Çin avtomobillərinin daha ucuz olması səbəbindən Avropa istehsalçılarını bazardan sıxışdıra biləcəyindən narahatdır.
Razılaşmaya əsasən, illik kvota dolduqdan sonra Avropa gömrük orqanları Çindən əlavə hibrid avtomobillərin idxalına icazə verməyəcək.
Aİ rəsmisinin sözlərinə görə, Çin tərəfi bu mexanizmlə razılaşıb.
Aİ-nin ticarət komissarı Maroş Şefçoviç və Çinin ticarət naziri Vanq Ventao arasında keçirilən görüşdən sonra tərəflər razılaşmanı açıqlayıblar. Çin, həmçinin bəzi Aİ məhsullarına rüsumları azaltmağa, nadir torpaq elementləri və daimi maqnitlərin ixrac lisenziyalarının verilməsini asanlaşdırmağa razılıq verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:18]
Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək
- 12.10.2026 [15:48]